17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Rusiya Suriyada kimyəvi hücumu təşkil edən ölkənin adını açıqladı
Rusiya Müdafiə Nazirliyi Böyük Britaniyanı Suriyanın Duma şəhərində kimyəvi hücum təxribatının təşkilində günahlandırıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silahdan istifadə olunmaqla edilmiş hücumu lentə alan şəxsləri tapıb.
“Bu gün Rusiya Müdafiə Nazirliyində Böyük Britaniyanın Şərqi Qutada bu təxribatın təşkilində əlinin olmasına dair sübutlar var. Aprelin 3-dən 6-dək “Ağ dəbilqəlilər” adlı təşkilatın nümayəndələrinə London tərəfindən güclü təzyiq olub. Onlara bildirilib ki, “Ceyş əl İslam” qruplaşmanın döyüşçüləri Dəməşqi artilleriya atəşinə tutacaq, hökumət qüvvələri isə buna cavab verəcəklər. “Ağ dəbilqəlilər”ə hökumət qüvvələrinin hücumunu kimyəvi silahdan istifadə kimi qeydə almaq tapşırığı verilib”.
Konaşenkov qeyd edib ki, nazirlik tərəfindən sorğu-sual edilən suriyalılar öz adlarını gizlətməyiblər: “Onların hər ikisinin tibbi təhsili var. Onların sözlərinə görə, guya kimyəvi hücum zamanı yaralananların heç birində zəhərlənmə əlamətləri olmayıb”.
Emtv.az
apa