SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Seçki milli qanunvericiliyə uyğun keçirilib - ECR

12-04-2018, 10:27 | Oxunub: 6 438 |

Seçki milli qanunvericiliyə uyğun keçirilib - ECR
Avropa Mühafizəkarlar və Reformistlər Qrupu (ECR) 11 aprel prezident seçkilərində apardıqları müşahidənin nəticəsi ilə bağlı bəyanatı açıqlayıb.
Emtv.az-ın xəbərinə görə, qrupun üzvləri Beata Sobkeviç və Rişard Çarnekski bildiriblər ki, seçki milli qanunvericiliyə uyğun keçirilib və hüquqi çərçivəyə, Seçki Məcəlləsinə riayət olunub: "Siyasi cəhətdən çoxşaxəli və rəqabətli mühit təmin olunub. Ümumi atmosfer sakit, bütün məqamlar ən yüksək beynəlxalq standartlara uyğun idi. Təəssüf ki, 4 siyasi qurum - Demokratik Qüvvələrin Milli Şurası, REAL, Ümid və Müsavat partiyaları seçkiləri boykot etmişdi. ECR nümayəndə heyəti bunun prosesin inklüzivliyinə təsir göstərəcəyini hesab edir, çünki bu seçiciləri iştirak etməkdən çəkinməyə sövq edir. Seçicilərin azadlığı və səsvermənin gizliliyi tam təmin olunub. Müşahidəçilər tərəfindən heç bir insident qeydə alınmayıb. Səsvermə prosesi adekvat və beynəlxalq standart, təcrübəyə müvafiq idi. Səsvermə günü Seçki Məcəlləsinin pozulma hallarını müşahidə etməmişik. Kənar müdaxilələr və seçicilərə hər hansı təzyiq hallarının şahidi olmamışıq. Təhlükəsiz atmosfer yaradılmışdı".

Bildirilib ki, bunlara baxmayaraq, bəzi seçki məntəqələrində möhürləmə, bülletenlərdən müvafiq qaydada istifadə, düzgün seçici identifikasiyası hallarında pozuntular aşkarlanıb. Ancaq bunun mənbəyini müşahidəçilər müəyyənləşdirə bilməyib: "Bu halların yekun nəticələrə təsir göstərə bilməyəcək qədər az olmasına baxmayaraq, missiya belə təcrübələri pisləyir və MSK-nı belə çatışmazlıqların gələcəkdə qarşısının alınması məqsədilə bu pozuntuları müvafiq qaydada araşdırıb, məlumat verməyə çağırır”.

Missiya üzvləri seçkilərin vaxtından əvvəl keçirildiyi üçün geniş auditoriyanın iştirak etməsi və ya bütün partiyalar və namizədlərin seçki debatlarnda bərabər şərtlərlə təmin edilməsi üçün az vaxt qaldığına görə narahat olduqlarını da dilə gətiriblər.

Onlar gələcəkdə beynəlxalq, o cümlədən DTİHB ilə əməkdaşlıq və iştirakçıların artırılmasının mümkün olacağına və mümkün pozuntular barədə məlumatların müvafiq qaydada araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR