SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğan və Putin telefonla danışdı

9-04-2018, 12:33 | Oxunub: 676 |

Ərdoğan və Putin telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Emtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentlər Suriyanın Şərqi Guta əyalətindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, aprelin 8-də müxalif qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. İlkin məlumata görə, kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.


ABŞ başqa olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR