SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğan, Putin və Ruhaninin görüşü başladı – Yenilənib

4-04-2018, 10:55 | Oxunub: 8 865 |

Ərdoğan, Putin və Ruhaninin görüşü başladı – Yenilənib

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair üçtərəfli görüş başlayıb.

Emtv.az xəbər verir ki, ölkə başçıları Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparırlar.
***
Bu gün üçtərəfli görüşü nəzərdə tutulan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani Suriyanı müzakirə edəcək.

Emtv.az xəbər verir ki, Astana prosesi ilə yanaşı Suriyanın gələcəyi ilə bağlı birgə hərəkət etmək qərarı verən üç ölkənin əsas məsələsi Suriyada 5 illik siyasi keçid prosesi və konstitusiya olacaq.

Türkiyə, Rusiya və İran liderləri 2017-ci ilin 22 noyabrında Soçidə qəbul olunmuş razılaşmaların yerinə yetirilib-yetirilməməsini müzakirə edəcəklər.

Türkiyə və İran Suriyada unitar dövlət quruluşunun gücləndirilməsi və etnik, məzhəb mübahisələrinin xaricində olan konstitusiyanın qəbulunu istəyərkən, Rusiya Dəməşq hakimiyyətinin güclü olduğu və zəif xarakterli idarəetmə modelini əsas götürən və etnik, məzhəb qruplarının hüquqlarını tanıyan konstitusiya formalaşdırmağın tərəfdarıdır.

Görüşdə xüsusilə ABŞ-ın regiondakı mövqeyi müzakirə olunacaq. Bunlara ABŞ-ın regiondakı sünni ərəb əşirətlərini silahlandırması da daxildir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR