03 apr 12:13Oxunub: 88 |

Külli miqdarda narkotik və silah götürülüb

Külli miqdarda narkotik və silah götürülüb
Respublikanın daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə aprelin 2-də keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində 7 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərovdan çəkisi 5 kiloqram 150 qram narkotik vasitə olan marixuana götürülüb.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həmid Axundovdan 70 qram marixuana və 1 ədəd bıçaq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqram 745 qram marixuana, nömrəsi silinmiş "AK-74” silahı, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırma aparılır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Tanınmış şairə Gulşad Nurani
Tanınmış şairə Gulşad Nurani "Esmamedia TV"-nin yeni ofisində ad gününü qeyd etmişdir-FOTOLAR
Oxunub: 257
XƏBƏR LENTİ

Reklam
Məzənnə