17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Bakıda qəbir yerləri üçün nə qədər rüsum tələb olunur? - RƏSMİ AÇIQLAMA
"Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir”.
Emtv.az xəbər verir ki, bunu report-a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.
O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: "Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Ələt daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.
S.Həsənov qeyd edib ki, insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. O bildirib ki, əlavə ödənişin tələb edilməsi qanunsuzdur: "Əgər belə hal müşahidə olunsa, vətəndaşlar Trestin "Qaynar xətti"nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”.
Emtv.az