SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Qarabağ müharibəsi əlililəri və şəhid ailələrinə 135 mənzil veriləcək

3-04-2018, 11:02 | Oxunub: 2 795 |

Qarabağ müharibəsi əlililəri və şəhid ailələrinə 135 mənzil veriləcək

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edib.

Emtv.az apa-ya istinadən bildirir ki, tender 1 lot üzrə, Bakı şəhərində mənzil növbəsində olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 ədəd 1 otaqlı, 84 ədəd 2 otaqlı, 39 ədəd 3 otaqlı mənzillərin satın alınması məqsədini daşıyır.

İddiaçılar sənədləri aprelin 25-nə qədər, tender təklifi və bank təminatını isə mayın 4-nə qədər təqdim etməlidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR