30 mar 16:11Oxunub: 318 |

Ermənistan Qarabağda mina partlaması nəticəsində ölən xarici ölkə vətəndaşlarının adlarını gizlətməyə çalışır

Ermənistan Qarabağda mina partlaması nəticəsində ölən xarici ölkə vətəndaşlarının adlarını gizlətməyə çalışır

Dağlıq Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərən “Halo Trust” təşkilatının əməkdaşlarının ölməsi və yaralanması ilə nəticələnmiş hadisənin yeni təfərrüatları məlum olub.

Emtv.az xəbər verir ki, Ermənistan tərəfinin verdiyi məlumatın əksinə olaraq, erməni sosial şəbəkələrində yayılmış xəbərə əsasən, “Halo Trust” təşkilatına məxsus avtomobildə ekipaj sayına uyğun olaraq 7 nəfər şəxs olub. Mina partlaması nəticəsində avtomobildə olan Patrik Tomson (Patrick Thomson) və Ralf Leq (Ralph Legg) adlı 2 nəfər xarici ölkə vətəndaşının ağır bədən xəsarətləri almalarına baxmayaraq, Ermənistan hökuməti bu faktı ört-basdır etməyə çalışır.

Qeyd edək ki, Ermənistanın rəsmi mənbələri mina partlaması nəticəsində Pavel Akopov, Marat Petrosyan və Samson Avanesyan adlı şəxslərin öldüyü, Aram Mkrtçyan və Qarik Qoxiryan adlı şəxslərin isə yaralandığı barədə məlumat yaymışdır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Tanınmış şairə Gulşad Nurani
Tanınmış şairə Gulşad Nurani "Esmamedia TV"-nin yeni ofisində ad gününü qeyd etmişdir-FOTOLAR
Oxunub: 257
XƏBƏR LENTİ

Reklam
Məzənnə