SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bəxtiyar Sadıqov: “Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, lakin söyüş və təhqir azadlığının qarşısı alınmalıdır”

30-03-2018, 11:22 | Oxunub: 7 215 |

Bəxtiyar Sadıqov: “Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, lakin söyüş və təhqir azadlığının qarşısı alınmalıdır”

Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, lakin söyüş və təhqir azadlığının qarşısı alınmalıdır.

Emtv.az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş direktoru Bəxtiyar Sadıqov “İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

B.Sadıqov bildirib ki, Azərbaycandan kənara çıxan bəzi insanlar ölkəmizə qarşı çirkin kampaniyaya qoşulurlar, təhqir və böhtan yağdırırlar:
“Xaricdə olan soydaşlarımız Azərbaycanın haqlı mübarizəsinə dəstək verir, ancaq bəziləri çirkin yolu seçir. Azərbaycan 20 mindən çox şəhid verib. Kim xaricdə Azərbaycan xalqının haqlı mübarizəsinə dəstək vermirsə, o, Azərbaycanın düşmənidir”.

Deputat qeyd edib ki, mübarizə aparanda da şərəflə aparmaq lazımdır: “Mübarizə aparırsansa, siyasi mübarizə apar, lakin əgər sən söyüş söyürsənsə, deməli, sənin əlində arqumentin yoxdur, mübarizə aparmaq gücün yoxdur. Bu gün bütün jurnalistlər Azərbaycan dövlətinə qarşı bu cür şərəfsiz mübarizə aparanlara qarşı birləşməlidir və bu mübarizədən heç kim kənarda qalmamalıdır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR