29 mar 14:33Oxunub: 157 |

Qarabağda ermənilər itki verdi:3 ÖLÜ, 2 YARALI

Qarabağda ermənilər itki verdi:3 ÖLÜ, 2 YARALI

Azərbaycanın işğal olunmuş torpaqlarında erməni hərbçiləri minaya düşüblər.

Emtv.az xəbər verir ki, “Novosti Armeniya” saytı bu barədə məlumat yayıb.

Lakin sayt iddia edir ki, minaya düşən hərbçilər “Halo Trast” təşkilatının üzvləridir və onlar minaları təmizləyirdilər.

Məlumata görə, 43 yaşlı aram Mktrçyan və 31 yaşlı Qarik Qoxiryan ağır yaralanıb.

Məlumata görə, mina partlayışına düşən “Niva” markalı avtomobil Ağdərə rayonu ərazisində neytral zonada, yəni ön cəbhədə olub.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Qarabağda qanunsuz minatəmizləmə əməliyyatları aparan “Halo Trast” təşkilatı bu əməliyyatları neytral zonalarda deyil, Xankəndi, Laçın kimi arxa cəbhə zonalarında aparır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 1210
XƏBƏR LENTİ

Reklam
Məzənnə