SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İndi bizim yüksək səviyyəli həkimlərimiz var” – İlham Əliyev

27-03-2018, 13:25 | Oxunub: 8 904 |

“İndi bizim yüksək səviyyəli həkimlərimiz var” – İlham Əliyev

“Bu gün Bakıda gözəl xəstəxana açılır. Bu, çox gözəl, əlamətdar hadisədir. Xəstəxana çox gözəl təəssürat bağışlayır, həm xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıb. Əminəm ki, xəstəxanada vətəndaşlara çox yüksək tibbi xidmət göstəriləcək”.

Emtv.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalının açılışında çıxışı zamanı deyib. Onun sözlərinə görə, xəstəxananın açılması ölkəmizin ümumi inkişafının göstəricisidir: “Ancaq sürətli inkişaf edən ölkələrdə belə gözəl tibb ocaqları yaradılır. Hesab edirəm ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən qabaqcıl xəstəxanalarından biri olacaq, bəlkə də birincisi olacaq. Ümid edirəm ki, gün gələcək və turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər. Yəni, bu xəstəxanada yaradılan şərait belə imkanları təmin edir. burada Azərbaycan vətəndaşlarına yüksək tibbi xidmət göstəriləcək. Ölkəmizə gələn qonaqlar da, əminəm ki, bu imkanlardan istifadə edəcəklər”.

Prezident qeyd edib ki, son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib: “Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır. Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Yəni, diaqnostik müayinə, müalicə – bütün bunlar kompleks şəkildə təmin edilir. Bir məsələni də xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Bir neçə ildir ki, Azərbaycanda dövlət tərəfindən pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə bu məsələ öz həllini tapmağa başlamışdır. Hazırda növbəti tibbi müayinə davam edir”.

İlham Əliyev qeyd edib ki, Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün çox böyük işlər görülür: “Xəstəxanalar tikilir, avadanlıq ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır və belə gözəl əsərlər yaradılır. Həmçinin bu xəstəxanada müalicə işində xarici mütəxəssislər də iştirak edəcəklər. Mənə məlumat verildi ki, daim burada Avropadan, digər ölkələrdən yüksək biliklərə malik olan mütəxəssislər işləyəcəklər. Mən çıxışımın qalan hissəsini ingilis dilində davam etdirəcəyəm. Mən, həmçinin hələ Azərbaycan dilini başa düşməyənlərə, xüsusilə də əcnəbi qonaqlarımıza müraciət etmək, belə dərin təəssürat doğuran tibb mərkəzinin yaradılmasına verdikləri töhfəyə görə onlara minnətdarlığımı bildirmək istərdim. Artıq qeyd etdiyim kimi, düşünürəm ki, bu, təkcə Azərbaycanda deyil, regionda ən yaxşı tibb mərkəzidir. Yəqin ki, vaxt gələcək biz tibbi turizmin də Azərbaycana gəlməsinin şahidi olacağıq. Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Ümidvaram ki, bizə tibbi məqsədlər üçün gələn turistlər də olacaq.

Çox şadam ki, bu xəstəxanada əcnəbi və yerli mütəxəssislərin fəaliyyətlərinin çox mühüm vəhdəti var. Həmçinin düşünürəm ki, xəstəxananın ən mühüm fəaliyyət sahələrindən biri yerli tibbi heyətin hazırlanması və təlimi olacaq. Fikrimcə, müalicə, diaqnostika və təlimin vəhdəti bu xəstəxananı çox xüsusi edəcək. Əlbəttə ki, zənnimcə, digər ölkələrdən olan qonaqlarımızın, yüksək səviyyəli mütəxəssislərin bu prosesdə fəal iştirakı daha çox pasiyent cəlb edəcək. Tanışlıq zamanı mən bildirdim ki, biz hazırda Bakıda müasir avadanlıqla təchiz olunmuş və çox yüksək tibbi xidmət göstərən dünya səviyyəli tibb mərkəzinin olması ilə bağlı Azərbaycan əhalisini məlumatlandırmalıyıq. Burada hər növ müalicə, ən mürəkkəb əməliyyatlar həyata keçiriləcək və bu, Azərbaycan xalqının mənafeyinə xidmət edəcək.

Belə böyük xəstəxananın yaradılması, həmçinin ölkəmizin sürətli inkişafını əks etdirir. Biz sosial sahəyə, xüsusilə səhiyyə sahəsinə çox böyük diqqət ayırırıq. Son illər ərzində biz yüzlərlə yeni xəstəxana və tibb mərkəzini tamamilə yenidən qurmağa və tikməyə müvəffəq olmuşuq. Lakin bu, əlbəttə ki, nadir tibb mərkəzidir. Tanışlıq məndə çox dərin təəssürat yaratdı. Düşünürəm ki, burada sizdə olanların hamısı mənə göstərilib. Sizi bu nailiyyət münasibətilə təbrik etmək istərdim. Sizə uğurlar arzu edirəm. Bizim beynəlxalq və yerli komandamıza uğurlar arzu edirəm. Əminəm ki, buraya müalicə üçün gələnlər evlərinə sağlam qayıdacaqlar. Təşəkkür edirəm və sizi təbrik edirəm”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR