SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR

14-03-2018, 12:35 | Oxunub: 360 |

Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR

İngilis fiziki, astronom, nəzəriyyəçi, yazar Stiven Hokinq vəfat edib.

Emtv.az sputniknews-a istinadla xəbər verir ki, məşhur alim 76 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı onun övladları verib. Alim, İngiltərədə, Kembric şəhərindəki evində vəfat edib.

Onun övladları Lusi, Robert və Tim atalarının ölümü ilə bağlı yazılı açıqlama veriblər.

"Çox sevdiyimiz atamızı itirdiyimizə görə dərin kədər hissi yaşayırıq.

O, dahi elm xadimi, fəaliyyəti və qoyduğu miras illərcə yaşayacaq möhtəşəm bir şəxsiyyət idi. Onun üçün çox darıxacağıq".

Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; 8 yanvar 1942, Oksford, Böyük Britaniya - 14 mart 2018) müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri idi.

Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olub. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlayıb. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü biruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir.

Həmin dövrdən bəri fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ alinin şəhadət barmağı vasitəsi ilə verir.

Ağır xəstəliyə baxmayaraq, Hokinq aktiv həyat tərzi sürür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirir. Bu gün elmin yaxın gələcəkdəki inkişafı müəyyən dərəcədə məhz - fiziki cəhətdən məhdudiyyətləri olan və köməyə ehtiyac duyan bu insandan asılıdır. Tamamilə hərəkət qabiliyyətini itirən Stiven Hokinq bu gün miqyasını görə heç bir analoqu olmayan COSMOS layihəsi üzərində çalışırdı. Bu proqram Britaniya kosmoloji tədqiqatlarının başlıca nüvəsini formalaşdırmalıdır.

Bundan əlavə, Hokinq bir neçə dəfə "Simpsonlar" və "Futurama" kimi multiseriallarda öz rollarını səsləndirmişdi.

Hal-hazırda Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu "Lukasian" professorluğu vəzifəsini tutur.

Elmi fəaliyyəti

Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədar idi. Əsas nailiyyətləri:

qara dəliklərin təsvirində termodinamikanın tədbiqi sübut etmişdir ki, "qara dəliklər" Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar".

21 iyul 2004-cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunun həllinə dair öz fikrini irəli sürür.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atmışdır. Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.

Hokinq nəzəriyyəsi

Bu nəzəriyyənin tərəfdarlarının fikirlərinə görə kainat genişlənməkdə davam edir. Nəzəriyyənin əsas tərəfdarlarından biri olan S.Hokinq idi. O, tarixən mövcud olan "Böyük partlayış" nəzəriyyəsini daha da inkişaf etdirmişdi. Onun fikrinə görə, dəliklər əbədi deyil və onlar "buxarlanma" qabiliyyətinə malikdi. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia edir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir. Belə ki, biz fincanın stolun üstündən düşüb sınmasını görürük, amma heç kim sınan qəlpələrin bitişərək geri qayıtdığının görməmişdi. Kainatın genişlənməsi ilə nizamsızlıq artır, bu isə gələcəyi keçmişdən fərqləndirir və zamanın istiqamətini müəyyən edir. Əgər kainat sıxılsaydı, zamanın gedişi istiqamətini dəyişər və insanlar getdikcə gəncləşərdilər. Bu isə "Böyük partlayış"ın əksi olan "Böyük sıxılma" nəticəsində kainatın məhvinə gətirərdi.

Yadplanetlilər

Stiven Honkinq yadplanetlilərin mövcud olduğunu söyləyirdi. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz var. Bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. Lakin o yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyinə də əmin idi. Həmçinin onların Yerə gəlməsi Yer planeti üçün çox ciddi fəsadlarla nəticələnəcək.

Elmi məşhurlaşdırması

Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak edir. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirir. Giriş hissədə yazırdı:

"Mənə dedilər ki, kitaba salacağım hər bir düstur alıcıların sayını iki dəfə azaldacaq. Onda mən, ümumiyyətlə, düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düsturu - Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum".

Bir qədər sonra "Qara dəliklər və yeni kainatlar"(1993), "Dünya iki kəlmə ilə" (2001) kitabları nəşr olunur. 2005-ci ildə "Zamanın qısa tarixi"kitabının yeni nəşri "Zamanın ən qısa tarixi" işıq üzü görür.

2010-cu ildə o, "Discovery Channel"də göstərilən "Stiven Hokinq ilə kainata doğru" sənədli mini-filmlərin seriyasında iştirak etdi. Seriyanın premyerası ABŞ-də 2010-cu ildə aprelin 9-da baş verib, mayın 9-da isə "Stiven Hokinqin Kainatı" dəyişmiş ad ilə Britaniyada.

Emtv.az
Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR
Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR
Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR
Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR
Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR
Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR
Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR
Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR
Fizik, astronom, nəzəriyyəçi vəfat etdi - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR