SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Türk ordusu və ASO Afrinə gedən bütün yolları ələ keçirdi – Terroçular qazdığı tunelləri qoyub qaçdılar

14-03-2018, 10:23 | Oxunub: 5 468 |

Türk ordusu və ASO Afrinə gedən bütün yolları ələ keçirdi – Terroçular qazdığı tunelləri qoyub qaçdılar

Türkiyə ordusu və ASO-nun Suriyanın Afrin regionunda keçirdiyi “Zeytun budağı” əməliyyat 53-cü gününə daxil olub.

Emtv.az xəbər verir ki, bu günədək 5 mahal mərkəzi, 216 məntəqə terrorçulardan azad edilib. TSQ və ASO Afrin şəhər mərkəzini mühasirəyə alıb. Rayondakı mülki əhalinin çıxışı üçün Ayn Daradan Basutə kəndinə qədər 3 kilometrlik koridor qurulub. Koridor PKK/PYD nəzarətində olsa da, TSQ və ASO-nun atəş mənzilində yerləşir. Türk əsgərləri və ASO birləşmələri ətraf təpələrə yerləşdirilib. Terrorçuların silah və sursat daşıdığı bütün əsas yollar ələ keçirilib. Bu günədək 3393 terrorçu zərərsizləşdirilib.

Afrinin mühasirəyə alınması ilə şəhərdən qaçanların sayı da artıb. Mülki əhalinin bir qismi rejim nəzarətində Nubul Zəhra bölgəsi ilə ASO nəzarətindəki Azezə keçib. Mülki əhalinin çıxmasından sonra əməliyyatın başlayacağı bildirilib. Əməliyyat üçün Afrin ətrafına xüsusi təyinatlı birləşmələr göndərilib.

Afrinin qərbində yerləşən Şeyx Hədid xəttində yerləşən Mağaracı, Dermeşkanlı, Masarcık, Zuraygat, Kavurkan, Meşmuş və Kilah kəndləri terrorçulardan təmizlənib. Cinderes mahalının cənub-şərqində və İdlibin şimalındakı TSQ nəzarət postunun yaxınlığında yerləşən Qazeviyə kəndi ilə Cinderesə bağlı Qaraba, İskan və Aşağı Kəfər Dali kəndləri də PKK/PYD-dən alınıb. Cinderesdə terrorçuların silah anbarı ələ keçirilib. Döyüşlərdə 3 ASO əsgəri həyatının itirərkən, qadın terrorçuların da olduğu 18 terrorçu öldürülüb.

PKK/PYD terrorundan təmizlənən kəndlərdə yaşayan əhaliyə çörək və ərzaq yardımı edilib.

Afrinin şərqində yerləşən Halidiyə kəndində kilometrlə uzanan tunel aşkarlanıb. Terrorçular tunellərin bəzilərini inşasını yarıda qoyaraq qaçıblar. Terrorçuların Kubla kəndində qurduqları nəzarət postu da TSQ və ASO-nun nəzarətinə keçib.

PKK/PYD üzvlərinin mahal və dağətəyi yerlərdə yerləşən müdafiə xətlərində müqavimət göstərmədən qaçdığı bildirilib. Ara-sıra snayperlərin atəş açdığı deyilir. Əməliyyat çərçivəsində YPG-li qadınların da olduğu 100 terrorçu ələ keçirilib, onlarla terrorçu təslim olub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR