SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Tramp kosmosda müharibəyə hazırlaşır

14-03-2018, 08:59 | Oxunub: 246 |

Tramp kosmosda müharibəyə hazırlaşır

San-Dieqoda yerləşən Miramar bazasında dəniz korpusu piyadaları qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp yeni növ – kosmik qoşunların yaradılacağını bəyan edib.

Emtv.az xəbər verir ki, Tramp yeni milli strategiyanın quru, hava və suda olduğu kimi kosmik məkanda da hərbi əməliyyatlar keçirməyin mümkünlüyünü ehtiva etdiyini bildirib:

“Daha əvvəl mən tam ciddi şəkildə bizə yeni növ qoşunun lazım olduğunu deyirdim. İndi hesab edirəm ki, bu əla ideyadır. Biz kosmik qoşunlar yaradırıq. Bu möhtəşəmdir”.

Rusiya baş nazirinin müavini Dmitri Roqozin Trampın bəyanatını Pandora qutusunun açılması ilə müqayisə edib.

“Əgər bu bəyanatda kosmosda silahın yerləşdirilməsi mənasına gəlirsə, ABŞ Pandora qutusunu açır” – o, “Facebook” səhifəsində belə yazıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR