SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Qəzaya uğrayan təyyarə barədə şok xəbər: Bir nəfərin cənazəsi tapılmayıb – Foto

14-03-2018, 08:47 | Oxunub: 291 |

Qəzaya uğrayan təyyarə barədə şok xəbər: Bir nəfərin cənazəsi tapılmayıb – Foto

Bazar günü İranda qəzaya düşən təyyarədə həyatını itirinə 10 nəfərin DNA testinin nəticələri açıqlanıb.

Emtv.az xəbər verir ki, aparılan müayinə zamanı ekipaj komandiri Beril Gebeşin cənazəsi tapılmayıb.

İranın ədliyyə tibb qurumu təyyarədə ölənlərin üzərində apardığı DNA testinin nəticəsində cəsədlərin yalnız 10 nəfərə aid olduğunu açıqlayıb.

Açıqlamada pilot Beril Gebeşin adı çıxmayıb. Ədliyyə Tibb Qurumunun rəsmi internet səhifəsindən yayılan açıqlamada aparılan təhlillərdən sonra quruma təslim edilən 11 cənazədən birinin əslində digər sərnişinlərə aid olduğu ifadələri yer alıb. Açıqlamada bir nəfərin cənazəsinin hələ ki tapılmadığı bildirilib.

Bundan əlavə, açıqlamada Türkiyə Ədliyyə Tibb Qurumu vasitəsiylə qəzaya düşənlərin ailə üzvlərindən də nümunələr alınaraq İrana göndərildiyi bildirilib.

İran Ədliyyə Tibb Qurumu təsbit edilən 10 sərnişinin adlarını açıqlayıb: Mina Başaran, Sinem Akay, Jasmin Baruh Siloni, Burcu Gündoğan Urfalı, Liana Hananel, Ayşe And, Asligül İzmirli, Zeynep Coşkun, Melike Kuvvet, Eda Uslu.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şəhrekürd şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. Təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayılıb.

Emtv.az
Qəzaya uğrayan təyyarə barədə şok xəbər: Bir nəfərin cənazəsi tapılmayıb – Foto
Qəzaya uğrayan təyyarə barədə şok xəbər: Bir nəfərin cənazəsi tapılmayıb – Foto
Qəzaya uğrayan təyyarə barədə şok xəbər: Bir nəfərin cənazəsi tapılmayıb – Foto
Qəzaya uğrayan təyyarə barədə şok xəbər: Bir nəfərin cənazəsi tapılmayıb – Foto

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR