SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ABŞ Konqresində “DQR” “prezidentinə” mükafat veriləcək?

12-03-2018, 12:28 | Oxunub: 7 094 |

ABŞ Konqresində “DQR” “prezidentinə” mükafat veriləcək?

ABŞ Konqresi ” feyk xəbərlərin ” yaradılması üçün özündən istifadə etməyə icazə verməklə olduqca pis vəziyyətə düşə bilər.

Emtv.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Qarabağ separatçılarının lideri Bako Saakyanın ABŞ-a gözlənilən səfərini şərh edərkən ModernDiplomacy.eu nəşri yazıb.

“Özünü qondarma ölkənin (“DQR” – red.) “prezidenti” elan etmiş Bako Saakyan çərşənbə günü (14 martda) ABŞ-ın Kapitoli ştatında çıxış edəcəyi və hansısa anlaşılmayan mükafat alacağı bir tədbir planlaşdırıb. Göndərilmiş dəvətlərdə bu tədbir “Konqresdə qəbul” adlanır, hərçənd siyahıda əsl Konqres üzvü yoxdur”, – deyə nəşr qeyd edir.

Sonra Modern Diplomacy faktlara istinad edərək yazır: ““DQR” – 1988-1994 illərdə müharibədə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionudur. Dağlıq Qarabağ regionu və ətrafındakı ərazilər tarixən Azərbaycana məxsus olub. 1988-ci ildə Ermənistanın təcavüzü başlandı. Altı il sonra, nə vaxt ki, atəşkəs elan edildi, Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən dəstəklənən erməni separatçılarının əlində qaldı.

… ““DQR” dünyanın heç bir ölkəsi tərəfindən tanınmır. Birləşmiş Millətlər Təşkilatından başlayaraq, bütün beynəlxalq təşkilatlar hesab edirlər ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və Ermənistan tərəfindən qanunsuz zəbt olunub”.

Nəşrin fikrincə, Ermənistan “DQR”in mövcudluğunun qanuniliyini sübut edə bilmir, buna görə də “faktların yayılması” strategiyasına əl atır: “O, uşaq və ya yalanı uzun müddət təkrarlayaraq onun həqiqət kimi təqdim edilməsinini mümkünlüyünə ümid edən siyasətçi kimi elə hesab edir ki, başqalarını da buna inandırmaq olar. Ermənistan düşünür ki, əgər o, “artsax ” milləti haqda uydurmanı çox yayarsa, yekunda o fakta çevriləcək”.

Bako Saakyanla bağlı Kapitolidə çərşənbə gününə planlaşdrılan gələcək hadisə dünyada ən mötəbər məsləhətçi orqan olan ABŞ Konqresi obrazından istifadə edərək bu uydurmanı qurmaq cəhdidir.

“DQR” qondarma ölkə ola bilər, amma onun yalançı “prezidenti” Bako Saakyan hazırda Azərbaycan və Ermənistan arasında münaqişənin sülhlə nizamlanması yolunda əsl maneədir.

“İnternet sayəsində biz elə dövrdə yaşayırıq ki, istənilən aktyorlar istənilən vaxt həqiqətə oxşar saxta xəbərlər yarada bilərlər. Onlar bütün dünyada tez yayılır və real nəticələrə gətirib çıxara bilərlər. Hələlik məlum deyil ki, hökumətlər və ölkələr bu yalan axınını dayandırmaq üçün nə edə bilərlər. Amma bir şey, hansını ki, etmək olar, məlumdur – bu, pis aktyorların demokratiyanın və qanunauyğunluğun müqəddəs simvollarına giriş cəhdini rədd etməkdir… Erməni lobbisinin nə qədər nüfuzlu olmasından asılı olmayaraq ABŞ Konqresi saxta siyasətçilərin və onların saxta tədbirlərinin onun divarları arasında və himayəsi altında keçirilməsinə icazə verməməlidir”, – deyə nəşr qeyd edir.

Xatırladaq ki, bu günlərdə Yerevanda nəşr olunan “Jamanak” qəzeti yazmışdı ki, yaxın vaxtlarda “DQR” “prezidenti” Bako Saakyan “işçi səfərlə” Birləşlmiş Ştatlara baş çəkəcək, orada Senatın və Nümayəndələr Palatasının üzvləri, eləcə də ekspert dairələri, həmçinin erməni icmasının nümayəndələri ilə görüşlər keçirəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR