SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Yeni prezident Armen Sarkisyan Serj Sarkisyanın çirkli biznesini idarə edən “qara kassası”dır” – “Daşnaqstyun” Sarkisyanlara qarşı

12-03-2018, 11:30 | Oxunub: 10 962 |

“Yeni prezident Armen Sarkisyan Serj Sarkisyanın çirkli biznesini idarə edən “qara kassası”dır” – “Daşnaqstyun” Sarkisyanlara qarşı

Ermənistanın “Daşnaqstyun” pariyasının üzvlərindən biri Romik Manukyan sosial şəbəkədəki hesabında Ermənistanın yeni prezidenti Armen Sarkisyanın Serj Sarkisyanla biznes ortaqlığı və neft məhsullarının idxalından əldə edilən pulların xarici banklara yuyulması işinə rəhbərlik etməsi barədə yazı paylaşıb.

Emtv.az xəbər verir ki, Romik Manukyan yazısında Armen Sarkisyanı Serj Sarkisyanın çirkli biznesini idarə edən şəxs adlandırıb.

“Armen Sarkisyan Serj Sarkisyanın biznes ortağı və çirkli biznesini idarə edən şəxsdir. Ermənistana neft məhsullarının idxalını və müxtəlif banklarda pulların yuyulması işini A. Sarkisyan həyata keçirib. Başqa hakimiyyət ortağının seçilməsi S. Sarkisyanın səhvi olardı” – Romik Manukyan belə yazıb.

Seçim prosesində Armen Sarkisyana dəstək verən “Daşnaqstyun” partiyasının sonradan belə bir mövqe sərgiləməsi erməni ictimaiyyətində çaşqınlığa yaradıb.

Bununla bağlı Ermənistan mətbuatında yayılan məqalədə qeyd olunur ki, prezident idarəetmə sistemindən parlament idarəçiliyi sisteminə keçməklə baş nazir postuna hazırlaşan Serj Sarkisyanın Armen Sarkisyanı parlamentdə seçdirməsi adi hal deyil. Belə ki, qısa bir müddət Ermənistanın baş naziri olmuş, sonradan Ermənistanın Birləşmiş Krallıqda səfiri olan Armen Sarkisyan Serj Sarkisyanın biznes ortağı və “qara kassası”dır. Onun Ermənistana neft məhsullarını idxal edən “Fleş”, “SRS” şirkətləri, “Armavia” milli aviayükdaşıma şirkəti və “Armsvisbank” ilə ciddi əlaqələrə malik olduğu barədə Ermənistan KİV və sosial şəbəkələrdə məlumatlar yayılıb.

“Fleş” və “Armavia” şirkətlərinin rəhbərləri Barseq Beqlaryan və Mika Baqdasarov Serj Sarkisyanın sinif yoldaşlarıdır və onların fəaliyyətinə Armen Sarkisyan nəzarət edir.

Bundan başqa, hər il Ermənistana 50 min tondan çox dizel yanacağı və digər neft məhsulları idxal edilməsinə baxmayaraq, sənədlərdə rəsmi olaraq yalnız 12-15 min ton qeyd edilir. Məqalədə bildirilir ki, Serj Sarkisyanın təşkil etdiyi enerji qaçaqmalçılığı işini də məhz A. Sarqsyana məxsus “SRS” şirkəti həyata keçirir.

Həmçinin A. Sarkisyanla əlaqəsinin olduğu bilinən “Armsvisbank”ın Ermənistanda çirkli pulların yuyulmasını və qarışıq bank əməliyyatlarını yerinə yetirdiyi qeyd olunur. Bankın rəhbəri, Qarabağda saat istehsal edən “Müller Frank” şirkətnin nümayəndəsi Vardan Sirmarkes A. Sarkisyanla ciddi ələqlərə malikdir.

Ermənistanın hakim elitası formal prezident Armen Sarkisyanı erməni xalqına alim, siyası və ictimai xadim kimi təqdim etməyə çalışsa da xarici ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri, demək olar ki, onun fəaliyyətini kriminal-oliqarxiya sisteminin başqa nümayəndələrindən və Ermənistanın digər inhisarçılarından fərqləndirmirlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR