SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Futbol azarkeşləri efir zamanı dövlət telekanalını ələ keçirdilər

7-03-2018, 14:59 | Oxunub: 251 |

Futbol azarkeşləri efir zamanı dövlət telekanalını ələ keçirdilər

Yunanıstanın PAOK futbol komandasının 40 azarkeşi efir zamanı ERT 3 kanalının studiyasına daxil olaraq efirə müdaxilə ediblər.

Emtv.az xəbər verir ki, hadisə idman xəbərlərinin buraxılışı zamanı baş verib. Azarkeşlər proqramı yarıda kəsərək aparıcını canlı efirdə Yunanıstan Futbol Federasiyasına müraciəti oxumağı tələb ediblər. Çıxış 5 dəqiqə davam edib, daha sonra azarkeşlər studiyanı tərk ediblər.

Beləliklə, fanatlar federasiyanın PAOK-a tətbiq etdiyi sanksiyalardan narazılıqlarını bildiriblər.

Qeyd edək ki, Yunanıstan futbol çempionatının 23-cü turunda PAOK – “Olimpiakos” oyunu zamanı ev sahibi azarkeşləri qonaq komandanın baş məşqçisi Oskar Qarsiyanın başına tribunadan kassa lenti rulonu tullayıblar. Yaralanan baş məşqçi xəstəxanaya aparılıb. Bunun nəticəsində PAOK-a 0:3 hesablı texniki məğlubiyyət və tamaşaçısız 2 matç cəzası verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR