SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Mövsümdə ikinci dəfə

5-03-2018, 15:51 | Oxunub: 295 |

Mövsümdə ikinci dəfə

Azərbaycan Premyer Liqasının XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib.

Emtv.az apasport-a istinadən xəbər verir ki, "Sumqayıt" - "Qarabağ" oyununda komandalar hərəyə 1 qol vurubsa, "Neftçi" "Qəbələ"ni, "Keşlə" - "Zirə"ni, "Kəpəz" "Səbail"i eyni - 2:1 hesabı ilə məğlub edib.

Bütün komandaların qol sevinci yaşamasına mövsümdə 2-ci dəfə təsadüf olunur.

Belə hal I turda yaşanmışdı. Maraqlıdı ki, onda da üç qarşılaşmada 2:1 hesabı qeydə alınıb. "Qəbələ"nin "İnter"i, "Zirə"nin "Səbail"i, "Sumqayıt"ın "Kəpəz"i eyni hesabla üstələdiyi turun digər qarşılaşmasında "Qarabağ" "Neftçi"ni yenib - 3:1. Həmin turda 13, hesabat turunda isə 11 qol qeydə alınıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR