SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Xaricdə Azərbaycan əleyhinə iş aparan blogerlər Bakıya gətirilə bilər” – Siyavuş Novruzov

5-03-2018, 13:58 | Oxunub: 11 744 |

“Xaricdə Azərbaycan əleyhinə iş aparan blogerlər Bakıya gətirilə bilər” – Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov xarici ölkələrdə yaşayan bir qrup müxalifətçi blogerlərin ölkə prezidentinə qarşı apardığı qarayaxma kampaniyalarına cavab verib.

Emtv.az xəbər verir ki, S.Novruzov “Ölkə.Az”a açıqlamasında deyib ki, həmin şəxslər erməni mərkəzlərindən müvafiq tapşırıqlar alaraq, Azərbaycan xalqı və dövləti əleyhinə təxribat kampaniyaları həyata keçirirlər: “Hər dəfə Azərbaycanda prezident seçkiləri ərəfəsində buna bənzər hallar mövcud olur. Həmin şəxslər erməni lobbisi tərəfindən maliyyə alaraq, Azərbaycanda keçiriləcək prezident seçkilərinə kölgə salmağa çalışırlar. Həmin qüvvələrə Azərbaycanda bir neçə siyasi partiya da dəstək verir. Bütün bu addımların atılmasında əsas məqsəd Azərbaycanda keçiriləcək azad, demokratik və şəffaf prezident seçkilərinə indidən kölgə salmaqdır”.

S.Novruzov qeyd edib ki, artıq Azərbaycanda bir neçə şəxs prezidentliyə namizədliyini irəli sürüb: “Onların arasında müxalifət partiyaları da təmsil olunur. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda siyasi mövqeyindən asılı olmayaraq, prezident olmaq istəyən bütün şəxslərə bərabər şərait yaradılıb. Seçki Məcəlləsinin tələblərinə cavab verən istənilən Azərbaycan vətəndaşı seçkilərdə namizədliyini irəli sürüb iştirak edə bilər. Bunun üçün heç bir əngəllər mövcud deyil. Çox təəssüf ki, bəzi qüvvələr Azərbaycanda yaradılan bu cür demokratik şəraiti pozmağa və təxribatlar yaratmağa çalışırlar. Bununla da həmin qüvvələr Azərbaycan dövlətinin milli maraqlarına zərər vururlar. Şübhəsiz ki, Azərbaycan dövlətinin maraqlarına zərbə vurmaq istəyən şəxslər erməni lobbisinin tapşırıqlarını yerinə yetirirlər”.

YAP rəsmisi vurğulayıb ki, Avropada Azərbaycan xalqı əleyhinə təxribat və qarayaxma fəaliyyəti aparan blogerlərin Aleksandr Lapşin kimi Bakıya ekstradisiyası da mümkün ola bilər: “Qarşılıqlı ekstradisiya ilə bağlı əməkdaşlıq müqavilələri olan hər bir ölkədən cinayət törətmiş şəxslərin Azərbaycana gətirilməsi mümkündür. Bu müqavilələrə uyğun olaraq, Azərbaycan qanunları ilə cinayət törətmiş şəxslər Azərbaycana gətirilə bilər. Çünki heç kəsin ixtiyarı yoxdur ki, ayrı-ayrı şəxsləri və onların ailə üzvlərini təhqir etsin. Bu, cinayət əməlidir. İndiyədək bir nəfər deyə belə Azərbaycan hakimiyyətinin müxalifət nümayəndələri və onların ailəsi haqqında təhqiramiz ifadələr işlətməsini deyə bilməz. Bunu bundan sonra da heç kəs eşitməyəcək. Bilirsiniz, siyasi mübarizə və siyasəti əxlaq normaları çərçivəsində aparmaq lazımdır. Bunu etməyəndə isə həmin qüvvələr ilk növbədə Azərbaycan xalqını, cəmiyyətini və dövlətçiliyi təhqir etmiş olurlar. Bu cür hərəkətlərlə həmin qüvvələr Azərbaycan dövlətinə və xalqına qarşı müxalifətçilik edirlər”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR