SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mehriban Əliyeva DSX-nin Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışında

5-03-2018, 12:45 | Oxunub: 13 078 |

Mehriban Əliyeva DSX-nin Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışında

Bu gün Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə edib.

Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında və formalaşdırılmasında Heydər Əliyev Fondunun mühüm dəstəyi var. Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilənədək oğlanlar üçün açıq tipli xüsusi məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı Fondun təşəbbüsü ilə əsaslı təmir edilərək, zəruri tədris bazası ilə təchiz olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ildə DSX-nin Xüsusi Məktəbinin açılış mərasimində iştirak edib və həmin tədbirdə Heydər Əliyev Fondunun prezidentinə yeni korpusun inşası barədə məlumat verilib.

Yeni korpusun istifadəyə verilməsi ilə kursantlara daha keyfiyyətli təhsil vermək imkanları artıb. Burada zəngin ədəbiyyat fondu olan kitabxana yaradılıb, dərs otaqları ən yüksək səviyyədə qurulub və kursantların ixtiyarına verilib. Tədris ocağı müasir avadanlıqla təchiz olunub.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 12 illik təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb. Xüsusi Məktəb bu sistemin müstəsna əhəmiyyətli ilkin səviyyəsini təşkil edir. Yeni korpus istifadəyə verildikdən sonra burada təhsil alacaq kursantların sayının gələcəkdə 700 nəfərə çatdırılması mümkün olacaq.

Birinci vitse-prezident Mehriban Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs – 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini deyiblər.

Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər.

Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzulayıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib. 2015-ci ildən məzunları DSX-nin Akademiyasında təhsil alan məktəbin Nizamnaməsinə əsasən kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələri, milli mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları onları Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlayır.

DSX Xüsusi Məktəbinin yeni korpusunun ümumi sahəsi 11 min kvadratmetrdir. Burada 23 ümumi, 8 ixtisaslaşmış tədris, məntiq, fərdi hazırlıq sinifləri və 400 nəfərlik yataq otaqları yaradılıb. Kursantların idmanla məşğul olmaları üçün hərtərəfli şərait var. Təhsil ocağının su hovuzu müasir səviyyədə qurulub. Təhsil kompleksinin interaktiv atış kabineti də zəruri avadanlıqla təchiz edilib. Burada kursantlar atıcılıq üzrə vərdişlərini zənginləşdirirlər. Kursant yeməkxanasında da şəxsi heyətin qidalanması üçün zəruri şərait yaradılıb. Bütün kompleks üzrə videomüşahidə sistemi tətbiq edilib. Bunun sayəsində də tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətləri nəzarətdə saxlanılır. Burada kursantların asudə vaxtlarını faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün də geniş imkanlar yaradılıb. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıqlar salınıb, 1000-dən çox ağac əkilib. İnşaat işləri zamanı kompleksdə müasir səviyyədə yeni sıra meydanı yaradılıb. Bundan başqa, kursantların atçılıq hazırlığı ilə məşğul olmaları üçün şərait var. Məktəbin ərazisində peyntbol və digər idman meydançaları da kursantların ixtiyarına verilib.

Sonda xatirə şəkli çəkdirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR