28 fev 15:22Oxunub: 235 |

"Nübar" qəsəbəsi və "Zəli gölü" ərazisində SON VƏZİYYƏT: Aktivlik artıb

"Nübar" qəsəbəsi və "Zəli gölü" ərazisində SON VƏZİYYƏT: Aktivlik artıb

Son bir neçə gün ərzində Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesində aktivlik artıb.

Emtv.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, aktivliyin artma səbəbi son günlər ərzində əraziyə düşən atmosfer yağıntılarıdır.

Mütəxəssis qeyd edib ki, Suraxanı rayonunun Zığ qəsəbəsinin bəzi sahələrində də sürüşmə proseslərində aktivləşmə müşahidə edilir:

"Aktivləşmə torpaq qatında olan çatlarda özünü göstərir. Ərazidə quraşdırılmış mayaklardan da görünür ki, prosesin dinamikasında aktivləşmə var".

R.Həsənov bildirib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tektonik qırılma xəttinin keçdiyi ərazidə bir müddət əvvəl sürüşmə prosesi baş verib və hadisənin fəsadları da olub:

"Həmin ərazi hazırda da nəzarətimizdədir. Ancaq son günlər ərzində ərazidə ciddi aktivləşmə görməmişik".

İlkanə Orucova
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 1212
XƏBƏR LENTİ

Reklam
Məzənnə