SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub

28-02-2018, 13:26 | Oxunub: 9 196 |

Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.

Emtv.az xəbər verir ki, dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir "ASAN Həyat" kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı məlumat verdilər.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu gün "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum "Asan Khedmat" təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 2014-cü ildə "ASAN xidmət" İSO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. "ASAN xidmət", həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. "ASAN xidmət" 2015-ci ildə BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış oldular.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Məlumat verildi ki, Mingəçevir "ASAN Həyat" kompleksi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzidir. Şəhərin Zərifə Əliyeva prospekti-2 ünvanında yerləşən və öz möhtəşəmliyi ilə seçilən kompleksin binasının tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri 2018-ci ilin fevralında başa çatdırılıb. Kompleks üçmərtəbəli inzibati binadan və üç ictimai iaşə obyektindən ibarətdir.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Bildirildi ki, bu günədək "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb. Regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən xidmətlər təqdim olunacaq.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki "ASAN Kommunal" xidmətində bu günədək 380 min vətəndaş müraciəti qeydə alınıb.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdəki innovativ yeniliklərlə tanış oldular.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Dövlətimizin başçısına və xanımına növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər "ASAN xidmət" mərkəzlərinin layihələri də təqdim olundu.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Elektron xidmətlərin qiymətləndirilməsi üzrə nəticələrin təqdimatı zamanı bildirildi ki, dövlət orqanları tərəfindən vətəndaşlara təqdim edilən elektron xidmətlərin keyfiyyətinin müəyyənləşdirilməsi və xidmətlərin təkmilləşdirilməsi məqsədilə Dövlət Agentliyi tərəfindən 2013-cü ildən başlayaraq, hər il elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə çərçivəsində elektron xidmətlərin təqdim edilməsi üçün uyğunluğu müəyyən edilir və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər verilir.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
"İnnoLand" layihəsi isə ölkədə innovasiya ekosisteminin bütün iştirakçılarının cəlb edilməsi yolu ilə innovasiya fəaliyyətinin stimullaşdırılması və uğurlu startapların yaradılmasını, beynəlxalq rəqabətə davamlı innovativ məhsul və xidmətlərin istehsalını təşviq edəcək. Layihə çərçivəsində pilot olaraq yaradılacaq məkanda startapçılara ilkin ideyadan hazır innovativ məhsul və xidmət istehsalına qədər bütün mərhələlərdə dəstək göstərilməsi, innovasiya şirkətlərinin sayının və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində işlər həyata keçiriləcək.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Qeyd edildi ki, məmur və vətəndaş arasında təmasın minimallaşdırılması məqsədilə hazırlanmış bu terminallar vasitəsilə vətəndaş müxtəlif xidmətlərdən vaxt itirmədən və əlavə heç bir yerə getmədən yararlana biləcək. Vətəndaş əldə etmək istədiyi xidməti seçməklə biometrik şəkil və digər məlumatları sistemə daxil edir, elektron ərizə formasını doldurur və xidmət üzrə müraciət edir.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Daha bir yenilik isə "ASAN Ödəniş" sistemi üzərindən viza verilməsi prosesidir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza müraciəti prosesinin təmin edilməsi üçün "ASAN Ödəniş" terminallarından istifadə ediləcək. Terminallara inteqrasiya edilmiş "ASAN viza" sistemi vasitəsilə əcnəbilər elektron müraciət formasını dolduraraq viza rüsumunu terminaldan ödəyə biləcəklər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizaya dair müraciətlərinin nəticələrini də "ASAN Ödəniş" terminalından əldə edə biləcəklər.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Yeni layihələrdən biri də "ASAN Turist" mobil applikasiyasıdır. Bu layihə ölkəmizə gələn turistlərin bütün turizm xidmətlərindən yararlanmasına imkan verəcək vahid platformadır. Turistlər applikasiyadan istifadə etməklə öz maraq dairəsinə uyğun obyektləri naviqatordan rahatlıqla taparaq xidmətlərdən istifadə edə, turizm şirkətlərinin regionlara təşkil etdikləri turlardan yararlana və özləri üçün səfərləri planlaşdıra bilərlər.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
Diqqətə çatdırıldı ki, "Elektron hökumət" kabineti vətəndaşların xüsusi proqram təminatı və qurğular vasitəsilə dövlət xidmətlərindən yararlanmaları üçün modulyar kabinetdir. Kabinetə daxil olmaqla vətəndaş dövlət orqanının nümayəndəsinin iştirakı olmadan müxtəlif xidmətlərə müraciət edə və xidmətlərdən yararlana bilər.

Könüllülər "ASAN xidmət" fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın komponentidir. Bu prosesə 14 min könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 1000 təlim, 300 layihə həyata keçirilib. Habelə 850-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub. "ASAN Məktub" və "ASAN Kadr" layihələri qabaqcıl təcrübələr kimi BMT-nin "Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər" portalına daxil edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "ASAN Həyat" kompleksinə daxil olan "ASAN Peşə" ilə tanış oldular.
Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub
"ASAN Həyat" kompleksinin yerləşdiyi ərazidə avtomobil dayanacağı da yaradılıb. Buradakı yerüstü keçid piyadaların təhlükəsiz hərəkətini təmin edir.

İlkanə Orucova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR