SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şou-biznesin yalan danışan ulduzları

28-02-2018, 12:24 | Oxunub: 8 291 |

Şou-biznesin yalan danışan ulduzları

Şou-biznes ulduzları hər zaman açıqlamaları ilə gündəmə gəlirlər. Bəzən onların dedikləri gerçəkləşir, bəzən isə elə deyildiyi kimi sözdə də qalır. Son günlər isə bir neçə məşhur vaxtilə səs-küy yaradan açıqlamasının piar xatirinə olduğunu etiraf edib.

Emtv.az axşam.az-a istinadən şou-biznesin yalan danışan məşhurlarını təqdim edir:

Əməkdar artist Aygün Bəylər bir müddət əvvəl yalandan ərə gedəcəyini demişdi. Xanəndə məclisin dəbdəbəli şəkildə keçiriləcəyini, 30 minlik gəlinlik hazırlatdırdığını, Türkiyədən 150 min dollara orkestr gətizdirəcəyini söyləyib. Amma bir müddət sonra Aygün piar üçün yalandan belə xəbər yaydığını bildirib. Müğənni hətta illər əvvəl uşağını dayə tərəfindən döyülməsi ilə bağlı yaydığı məlumatın da yalan olduğunu deyib.

Bu yaxınlarda yalandan toy xəbərini yayan müğənnilərdən biri də Mirkamil Kamilov olub. Kamil xaricdə özünə toy etdiyini, bunu valideynlərindən də gizlətdiyini söyləyib. Aradan bir neçə gün keçdikdən sonra isə müğənni xəbərin yalan olduğunu etiraf edib.

Əməkdar artist Tünzalə Əliyeva illər əvvəl boşanma xəbərini yaymışdı. Aktrisa bu günlərdə açıqlayıb ki, həmin açıqlamanı yeni açılan verilişin piarı üçün edib. Bu yalan xəbər onun ailəsində problem yaradıb.

Müğənni Nadir Qafarzadə də yalan danışan sənətçilərdən olub. O, bir vaxtlar Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət Sarayının direktoru vəzifəsinə təyin olunduğunu demişdi. Hətta Nadir vəzifəsinin icrasına başladığını bildirmişdi. Amma bir gün sonra xəbərin yalan olduğu ortaya çıxmışdı.

İlkanə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR