SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xocalı faciəsi Qazaxıstanda da anılıb

26-02-2018, 17:19 | Oxunub: 10 423 |

Xocalı faciəsi Qazaxıstanda da anılıb

Fevralın 22-də Qazaxıstanın paytaxtı Astana şəhərində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan “Bir də heç zaman: Aşarşılık, Holokost, Komboca, Xocalı, Ruanda” adlı fotosərgi təşkil olunub.

Emtv.az xəbər verir ki, tədbirdə bəşəriyyət tarixində baş verən beş ən dəhşətli soyqırımı birlikdə anılıb, daha belə cinayətlərin təkrarlanmaması üçün həmrəylik nümayiş etdirilib, həmçinin həmin soyqırımıların əks olunduğu fotolar nümayiş etdirilib.

Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Dövlət Tarixi İnstitutunun dəstəyi ilə keçirilən tədbirdə tanınmış dövlət və ictimai xadimlər, diplomatik korpusların nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri, diaspor təşkilatlarının üzvləri, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov heç kimin bu kimi hadisələrin yenidən təkrarlanmasından sığortalanmadığını və sərginin də başlıca məqsədinin sülhə çağrış olduğunu qeyd edib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, bu tədbir dünyada qlobal problemlərdən birinə həsr olunub:

"Kamboca, Ruanda, Xocalı və Holokost soyqırımıları, Aşarşılık insan yaddaşı nda qanlı iz buraxıb. Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı dünyada zorakılığı, qəddarlığı və qeyri-insanı cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır. Bu faciəvi hadisədən 26 il keçməsinə baxmayaraq, insanların qəlbində ağrılarla xatırlanır. Xocalı soyqırımı zamanı yüzlərlə müxtəlif yaşlı dinc sakin güllələndi, azyaşlı uşaq, qoca öldürüldü. Bütün bu hadisələrdən danışanda biz müxtəlif xalqları, dinlərindən asılı olmayaraq, bir anda yaxınlarını itirmiş, milyonlarla evlərindən sürgün olunmuşları yaddan çıxara bilmərik. Uşaqların ölüm faciəsi hər bir xalqın gələcəyinin faciəsidir. Müharibə və soyqırımı sivilizasiyanı tərk etməlidir. Bununla mübarizə hər birimizin borcudur. Bu hadisələrin nəticəsində insanlar məhv olur, min illərlə yaradılan mədəniyyət abidələri dağıdılır. Məhz belə günlərdə türkdilli xalqlar ümumi irsin qorunması üçün daha da sıx birləşməlidirlər. Biz zorakılığın, terrorun əleyhinəyik. Biz inanırıq ki, birlik və sülh yolu ilə vandalizmi və zorakılığı dəf edəcəyik".

Astana şəhərinin baş ravvini Şmuel Karnaux səfirliyin soyqırımıların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndirib. Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktor müavini Amangəldi Kaşkimbayev ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı, Holokost və digər soyqırımıların tarixə və insanların qəlbinə qara ləkə kimi düşdüyünü bildirib.

Tədbirdə Azərbaycanın əməkdar artisti, dirijor və bəstəkar İslam Manafovun ifasında musiqilər səsləndirilib.

İlkanə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR