SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Gəncədə 3 tut ağacı kəsildi – İş Baş Prokurorluğa göndərildi

23-02-2018, 16:45 | Oxunub: 284 |

Gəncədə 3 tut ağacı kəsildi – İş Baş Prokurorluğa göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Gəncə şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Emtv.az xəbər verir ki, Nazirliydən bildirilib ki, keçirilən reyd zamanı Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi 126 saylı binanın qarşısında yaşköküstə diametri 12-22 santimetr olan 3 tut ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Tofiq Qəhrəmanzadə tərəfindən kəsildiyi və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR