SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ədliyyə naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

23-02-2018, 16:16 | Oxunub: 270 |

Ədliyyə naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

Ədliyyə naziri Fikrət Məmmədov Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib.

Emtv.az “report”a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı, həmçinin bölgənin ədliyyə işçiləri və hakimləri ilə müşavirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması qeyd edilib, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılmasının vacibliyi bildirilib.

Cocuq Mərcanlı kəndinə səfər çərçivəsində ədliyyə naziri və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Eyni zamanda işğaldan azad edilən Cocuq Mərcanlı kəndində dövlət başçısının tapşırıqlarına uyğun olaraq qısa müddətdə görülən geniş quruculuq işləri, o cümlədən müasir infrastruktur, həmçinin yeni tikilən məscid və məktəb binası ilə tanış olunub, binada ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulub, Ədliyyə Nazirliyi tərəfindən məktəb üçün kompüter dəsti hədiyyə edilib.

Həmçinin, yerli sakinlərlə görüşülərək onların şəraiti və qayğıları ilə maraqlanılıb, sovqatlar paylanılıb.

Sakinlər kənd azad edildikdən sonra Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq Mərcanlı kəndinin yenidən qurulduğunu, insanların təhlükəsiz yaşayışının təmin edildiyini bildirib, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR