SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”

23-02-2018, 09:08 | Oxunub: 346 |

Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”

“Müəyyən mətbuat orqanları yanlış məlumat yayırlar. Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur”.

Emtv.az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb.

O qeyd edib ki, YAP iqtidara gəldiyi dövrdən belə bir hal olmayıb və hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunub: “İstər YAP üzvü olsun, istərsə də digər partiya üzvü, bu onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhsus yoxdur”.

Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da qeyd edib ki, son dövrlərdə bəzi mətbuat orqanlarında məsələlər təhrif olunur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR