SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mehriban Əliyeva Prezident İlham Əliyevə bir nömrəli dayaqdır - Siyavuş Novruzov

22-02-2018, 15:52 | Oxunub: 9 333 |

Mehriban Əliyeva Prezident İlham Əliyevə bir nömrəli dayaqdır - Siyavuş Novruzov

"Ötən il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezident təyin olunan Mehriban Əliyevanın uğurlu və genişmiqyaslı fəaliyyəti ölkəmizin inkişafı, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir".

Emtv.az trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hakim partiyanın saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, Mehriban Əliyeva hələ Birinci vitse-prezident təyin edilməmişdən öncə ölkənin siyasi həyatında fəal iştirakı ilə Azərbaycanın inkişafına, sosial məsələlərin həllinə mühüm töhfələr verib: "Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın həm də millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstəriblər. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Mehriban xanım Əliyeva, həmçinin Milli Məclisdə Amnistiya aktının qəbul olunması təşəbbüsü ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub".

YAP İcra katibinin müavini vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti Azərbaycan dövlətinin maraqlarına söykənir: "Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmaz və uğurlu fəaliyyəti mühüm nəticələr verir. Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı "Qarabağ həqiqətləri" adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə təbliğat aparılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən əhəmiyyətli addımlardandır. Bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul ediblər, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub".

S.Novruzov xatırladıb ki, Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr edib: "2017-ci ilin martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. Bu, Mehriban xanım Əliyevanın yeni vəzifəyə təyinat aldıqdan sonra keçirdiyi ilk müşavirə idi. Mayın 30-da isə Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyuldu. Bu, Birinci vitse-prezidentin fəaliyyətində sosial məsələlərin və humanizm prinsipinin xüsusi yer tutduğunu göstərir"

Milli Məclisin komitə sədri onu da qeyd edib ki, Mehriban Əliyeva, həmçinin Cənubi Qafqazın ən böyük partiyası olan YAP-ın sədr müavinidir: "Partiyanın güclənməsində, inkişafında xüsusilə gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevə bir nömrəli dayaqdır. Mehriban xanım Əliyevanın fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva mədəniyyətin təbliği, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, humanizm prinsipinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb".

Siyavuş Novruzov deyib ki, Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə keçirilən tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına töhfələr verib: "Eurovision-2012" mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib. Bu da ölkəmizin, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində ilk Avropa Oyunları uğurla baş tutdu. Ötən il isə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdi, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da müvəffəqiyyətlə ev sahibliyi etdi".

YAP İcra katibinin müavini bildirib ki, Mehriban Əliyeva bundan sonra da ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycanın maraqlarını sonuna qədər müdafiə edəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR