SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənistan məlumatları gizlədir: Qarabağda nə baş verir?

22-02-2018, 15:26 | Oxunub: 10 150 |

Ermənistan məlumatları gizlədir: Qarabağda nə baş verir?

İşğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində daha bir hadisə baş verib.

Emtv.az ordu.az-a istinadən verdiyi məlumata görə, fevralın 20-də gecə vaxtı Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində 19 yaşlı Davit Kamalyan odlu silah yarası alıb. Əldə edilən məlumatlara görə, ona digər əsgər yoldaşlarından biri atəş açıb.

İlkin məlumatlara görə, əsgər yoldaşı ondan gecə parolu soruşub, cavab verilmədikdə Davit Kamalyan istiqamətinə atəş açılıb.

Davit Kamalyan döş qəfəsindən güllə yarası alıb. Hazırda yaralı Xankəndi hospitalındadır, vəziyyəti ağır olduğuna görə onu İrəvana təxliyyə etmək mümkün deyil.

Məlumatları, yaralı əsgərin anası Şuşik təsdiq edib. Onun sözlərinə görə, hazırda oğlu süni nəfəs aparatına qoşulub. Onu İrəvana təxliyyə etmək üçün tədbirlər görülür və hələ də ağciyərini dəlib keçən, bel nahiyyəsində olan güllə bədənindən çıxarılmayıb.

Onu güllələyən hərbi qulluqçu isə 6 ayın çavuşudur. Onun məlumatına görə, gecə 12 radələrində ayaqyolundan qayıdarkən parolu bilmədiyi üçün atəş açılıb. 14 güllə atsa da Davit Kamalyana bir güllə dəyib. 19 yaşlı yaralı hərbi qulluqçunun xidmət müddətini başa çatmasına 4 ay qalıbmış. Hazırda cinayət işi açılıb və araşdırma aparılır.

Xatırladaq ki, bu Ermənistanın yaralı və ölənlər barədə məlumatları gizlətdiyi ilk hal deyil. Məsələn fevralın 12-də İcevan hərbi hissəsinin əsgəri Stepan Stepanyanın ölümü barədə də rəsmi məlumat verilməyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR