SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İzmirdə Xocalı soyqırımının qurbanları anılacaq

22-02-2018, 15:17 | Oxunub: 501 |

İzmirdə Xocalı soyqırımının qurbanları anılacaq

Türkiyənin İzmir şəhərində fəaliyyət Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə tədbir təşkil edəcək

Emtv.az xəbər verir ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Cəmiyyət bu tədbiri Türk Ocaqları İzmir şöbəsi ilə birgə həyata keçirəcək. Tədbir fevralın 24-də 13.00-da İzmirin mərkəzi meydanında valiliyin önündə keçiriləcək. Soyqırımla bağlı mətbuat açıqlama veriləcək. Dah sonra tədbir foto sərgi, İzmirə xas olan ehsan – lokma verilməsi və broşura dağıtımı şəklində həyata keçiriləcək. Tədbiri cəmiyyətin qurucusu olduğu “Terrora Qarşı Tək Ürək Layihəsi” və digər qeyri-hökümət təşkilatları da dəstək verəcəklər”, – deyə o bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR