SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı kimi” mövzusunda interaktiv açıq dərs təşkil olunub

22-02-2018, 13:52 | Oxunub: 11 196 |

“Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı kimi” mövzusunda interaktiv açıq dərs təşkil olunub

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub.

Emtv.az xəbər verir ki, Bölmənin İnformasiya şöbəsindən bildirilib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin apardığı dərsdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunduğu qeyd edilib.

Şagirdlərin diqqətinə çatdırılıb ki, bəşər sivilizasiyasının ən qədim mərkəzlərindən biri olan, qaynaqlarda Naksuana, Nəxcuan, Nəşəva, Nəşəvi və sair adlarla xatırlanan Naxçıvan şəhəri bütün dövrlərdə, xüsusilə İslamın intibah dövründə həmişə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, Azərbaycan Atabəyləri, Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə ölkənin inkişaf etmiş şəhərləri ilə bir sırada dayanıb. Naxçıvan Muxtar Respublikasında, o cümlədən onun paytaxtında bir sıra möhtəşəm memarlıq abidələri – türbələr, buzxanalar, körpülər, məscidlər, mədrəsələr və digərləri zəmanəmizədək gəlib çatıb. Əsası çox qədim zamanlara söykənən Naxçıvan mədəniyyəti orta əsrlərdə, xüsusilə müsəlman intibahı dövründə daha da inkişaf edib, burada Azərbaycan memarlığının ən möhtəşəm qollarından biri olan Naxçıvan məktəbi yaranıb, bu məktəb memarlıq tariximizə Əcəmi Əbubəkr oğlu Naxçıvani kimi görkəmli memar bəxş edib. Onun Naxçıvan şəhərində ucaltdığı Möminə xatın, Yusif Küseyir oğlu türbələri, Qoşa minarəli baştağ, Came məscidi Azərbaycan memarlığının möhtəşəm nümunələri olmaqla yanaşı, həm də İslam mədəniyyətinin çox gözəl örnəkləridir.

Fəxrəddin Səfərli bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqımızın mədəni irsinə münasibət tamamilə dəyişib. Beləliklə, qədim memarlıq nümunələri, geniş mənada, ümumislam mədəniyyətinə aid olan bütün abidələr böyük dövlət qayğısı ilə əhatə edilib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə bu tədbirlər yüksək səviyyədə həyata keçirilir” – deyən Fəxrəddin Səfərli qeyd edib ki, təkcə Naxçıvan şəhərində Möminə xatın türbəsi, İmamzadə kompleksi, Miryaqub xanəgahı, Buzxana, Xan sarayı, Came və Pirqəmiş məscidləri, Zaviyə-mədrəsə kompleksi bərpa olunub, Kazım Qarabəkir Paşa və Həzrəti Zəhra məscidləri tikilib əhalinin istifadəsinə verilib. İndiyədək muxtar respublika ərazisində 70-ə yaxın müxtəlif təyinatlı tarix və mədəniyyət abidəsi orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olunaraq xalqa qaytarılıb.

Alim vurğulayıb ki, təkcə 2016-cı ildə Azərbaycan xalqının məğlubedilməzlik rəmzi olan Culfa rayonundakı Əlincəqalada, XII əsr Azərbaycan memarlığının təkrarolunmaz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadədə bərpa işləri başa çatdırılıb, Babək rayonunun Nehrəm kəndində isə möhtəşəm məscid inşa edilərək əhalinin istifadəsinə verilib. Hazırda Kəngərli rayonunun Qarabağlar kəndində XII-XIV yüzilliklərə aid Qarabağlar türbə kompleksində, Şərur rayonunun Yengicə kəndindəki hamamda, Naxçıvan şəhər və Nehrəm kənd İmamzadə komplekslərində bərpa işləri aparılmaqdadır. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi də Naxçıvan şəhərinin islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədardır.

Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

Emtv.az
“Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı kimi” mövzusunda interaktiv açıq dərs təşkil olunub
“Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı kimi” mövzusunda interaktiv açıq dərs təşkil olunub

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR