SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycanın Səsi” İB-də növbəti tədbir keçirildi - Cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbə qazanacağı heç kimdə şübhə yarada biməz- ölkəmizi uğurla inkişaf etdirə biləcək yeganə siyasi lider məhz cənab İlham Əliyevdir - FÖTOLAR

21-02-2018, 17:01 | Oxunub: 6000 |

Faiq ƏHMƏDOV: Bu gün ölkəmizdə məmur özbaşınalıqlarına, korrupsiya hallarına qarşı mübarizə tədbirləri çox geniş vüsət alıb və bu tədbirlər artıq kifayət qədər ciddiliyi və effektivliyi ilə diqqəti cəlb edir. Artıq gözləmək olar ki, məhz kadrların təyinatı və onlara nəzarət xüsusunda çox yaxın gələcəkdə təsirli islahatlar həyata keçiriləcək...
“Azərbaycanın Səsi” İB-də növbəti tədbir keçirildi - Cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbə qazanacağı heç kimdə şübhə yarada biməz- ölkəmizi uğurla inkişaf etdirə biləcək yeganə siyasi lider məhz cənab İlham Əliyevdir - FÖTOLAR
26 fevral tarixində “Azərbaycanın Səsi” İctimai Birliyi növbəti xeyriyyə aksiyası keçirəcək və hər zaman olduğu kimi, aksiyanın gedişində aztəminatlı ailələrə yardımlar olunacaq.

20 fevral 2018-ci il tarixində “Azərbaycanın Səsi” İctimai Birliyində qarşıdan gələn növbəti Prezident seçkilərinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir İB-in sədri Faiq Əhmədovun və bir qrup tanınmış ölkə ziyalılarının təşəbbüsü ilə keçirilmişdir.

Emtv.az xəbər verir ki, məqsəd, seçkilərə Yeni Azərbaycan Partiyasından vahid namizədliyi irəli sürülmüş Ölkə Prezidenti cənab İlham Əliyevin namizədliyini dəstəkləmək və bu yönümdə cəmiyyət daxilində təbliğat-təşviqat xarakterli fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulamaq olmuşdur.

Tədbirdə çıxış edən “Azərbaycanın Səsi” İctimai Birliyin sədri Faiq Əhmədov demişdir:

“Məlum həqiqətdir ki, bu gün Azərbaycanın stabil dinamik inkişafı, ölkədə hökm sürən ictimai-siyasi sabitlik, əmin-amanlıq və əhalinin rifahında aşkar müşahidə olunan yüksəliş tendensiyası birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Bu gün möhtərəm prezidentimizin uğurla davam etdirdiyi Ulu Öndərimiz Heydər Əliyev siyasi xəttinin nəticəsi olaraq Azərbaycan artıq sadəcə mövcud olduğu regionda deyil, həmçinin geniş beynəlxalq aləmdə də kifayət qədər nüfuzu olan bir dövlətə çevrilmişdir.

Təsadüfi deyil ki, artıq bu gün əksər Avropa ölkələri də özlərinin enerji təhlükəsizliklərinin təminatı məsələsini müzakirə edərkən, nəzərlərini tez-tez məhz Azərbaycana yönəldirlər. Halbuki, cəmi iyirmi beş il bundan əvvəl Azərbaycan özü öz təhlükəsizliyini belə təmin etmək iqtidarında deyildi.

Hətta həmin vaxt elə bir məqam yetişmişdi ki, ölkəmiz parçalanmaq, dövlətçiliyimiz isə məhv olmaq təhlükəsi ilə tam real şəkildə üz-üzə qalmışdı. Azərbaycan xalqı faktiki olaraq vətəndaş müharibəsi astanasında idi.

Məhz belə bir məqamda xalqın harayına Ulu Öndər Heydər Əliyev yetişmişdi.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizin böhran nöqtəsindən geri dönüşünü təmin etmiş oldu. Yalnız 1993-cü ildən sonra Azərbaycan düşdüyü xaos bataqlığından addım-addım çıxmağa başladı.

Zaman keçdikcə bu addımlar möhkəmləndi və sürətləndi. Cəmi on ildən sonra Ümummilli Liderimiz artıq özünün şah əsərini – suveren Azərbaycan dövlətini qurub-yaratmışdı. Bu gün isə, müstəqil Azərbaycanımızın getdikcə daha da qüdrətlənməsi, iqtisadi inkişafın sürətlənməsi, xalqımızın əmin-amanlıq şəraitində gündən-günə daha yaxşı yaşaması ilə bağlı bütün məsələlər artıq Ulu Öndərimizin layiqli davamçısı, prezidentimiz cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində öz həllini tapır.

Belə olan halda isə, məhz cənab İlham Əliyevin növbəti prezident seçkilərində də inamlı qələbə qazanacağı, elə bilirəm ki, heç kimdə şübhə yarada biməz. Çünki bu qələbə dövlətimizin güclənməsini, ölkənin inkişafını və xalqın rifahını təmin etmək üçün tələb olunan tarixi bir zərurətdir”.

Sonda tədbir iştirakçıları Ölkə Prezidentinə qarşıda gələn seçkilərdə onun namizədliyini dəstəkləmələri ilə bağlı müraciət ünvanlamışlar. Bundan sonra birgə xatirə şəkilləri çəkilmiş və tədbir başa çatmışdır.
“Azərbaycanın Səsi” İB-də növbəti tədbir keçirildi - Cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbə qazanacağı heç kimdə şübhə yarada biməz- ölkəmizi uğurla inkişaf etdirə biləcək yeganə siyasi lider məhz cənab İlham Əliyevdir - FÖTOLAR

Tədbirdən sonra Emtv.az saytının əməkdaşları “Azərbaycanın Səsi” İctimai Birliyin sədri Faiq Əhmədovdan müsahibə almışlar. Həmin müsahibəni qısa ixtisarla sizlərə təqdim edirik.

- Faiq müəllim, gördüyümüz kimi, indicə başa çatmış tədbirin ana xətti Ölkə Prezidenti cənab İlham Əliyevin növbəti seçkilərdə namizədliyinin dəstəklənməsi üzərində qurulmuşdu. Deyə bilərsinizmi, bu ideyanın əsasında məhz hansı amillər durur?
“Azərbaycanın Səsi” İB-də növbəti tədbir keçirildi - Cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbə qazanacağı heç kimdə şübhə yarada biməz- ölkəmizi uğurla inkişaf etdirə biləcək yeganə siyasi lider məhz cənab İlham Əliyevdir - FÖTOLAR
- Mən artıq bir qədər əvvəl öz çıxışımda da qeyd etdim və indi bir daha təkrar edirəm ki, Azərbaycanın sabit, təminatlı və firavan gələcəyi dövlətimizin idarəçiliyində yalnız Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi şəraitində reallaşa bilər. Ən azından son iyirmi beş ilin təcrübəsi bunun həqiqət olduğunu anlamağa əsas verir. Daha bir həqiqət isə bundan ibarətdir ki, bu gün Heydər Əliyev siyasi xəttini ölkəmizdə uğurla inkişaf etdirə biləcək yeganə siyasi lider də məhz cənab İlham Əliyevdir. Bax elə bu iki əsas amil də möhtərəm prezidentimizin növbəti müddətə dövlət başçısı postuna yenidən seçilməsinin zəruriliyini izah edən ən əhəmiyyətli dəlil kimi çıxış edirlər.

- Birmənalı olaraq demək olar ki, Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasət kifayət qədər məqsədyönlü və effektivdir. Lakin bununla yanaşı olaraq, ölkə daxilində müşahidə olunan bəzi proseslər, daha dəqiq desək bəzi məmurların öz vəzifələrinin icrasına məsuliyyətsiz yanaşmaları ictimaiyyətin haqlı narazılıqlarına səbəb olur. Bu məsələ ilə bağlı nə deyə bilərsiz?
“Azərbaycanın Səsi” İB-də növbəti tədbir keçirildi - Cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbə qazanacağı heç kimdə şübhə yarada biməz- ölkəmizi uğurla inkişaf etdirə biləcək yeganə siyasi lider məhz cənab İlham Əliyevdir - FÖTOLAR
- Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə, istər dövlət, istərsə də özəl qurumlarda həqiqətən də məsuliyyətsiz insanlara , öz səlahiyyətlərindən sui-istifadə etməyə meyilli olan məmurlara kifayət qədər rast gəlmək olur. Amma mən şəxsən əminəm ki, bu problem öz həllini çox yaxın vaxtlarda tapacaq. Siz də bilirsiniz ki, bu gün ölkəmizdə məmur özbaşınalıqlarına, korrupsiya hallarına qarşı mübarizə tədbirləri çox geniş vüsət alıb. Həm də bu tədbirlər artıq kifayət qədər ciddiliyi və effektivliyi ilə diqqəti cəlb edir. Gözləmək olar ki, məhz kadrların təyinatı və onlara nəzarət xüsusunda çox yaxın gələcəkdə təsirli islahatlar həyata keçiriləcək. Onlara göstərilən yüksək etimadı doğrultmayan məmurlara isə, əlbəttə ki, dövlət orqanlarında yer olmamalıdır.

- Faiq müəllim, son sualımı da Xocalı faciəsinin anım günü ilə bağlamaq istərdim. Rəhbərlik etdiyiniz İctimai Birlik tərəfindən 26 fevral günü ilə bağlı hər hansı bir tədbir planlaşdırılıbmı?

- Əlbəttə ki, “Azərbaycanın Səsi” İctimai Birliyi xalqımızın ən ağrılı-acılı günlərindən biri olan, hətta deyərdim ki, bütün Türk dünyasının XX əsrin ən dəhşətli faciəsi kimi qəbul etdiyi 26 fevral tarixini, Xocalı soyqırımının anım gününü xüsusi olaraq qeyd etməyə bilməz. Həmin günə artıq bizim tərəfimizdən müvafiq tədbir planı da tərtib olunmuşdur. Ən əsası isə, 26 fevral tarixində “Azərbaycanın Səsi” İctimai Birliyi növbəti xeyriyyə aksiyası keçirəcək. Hər zaman olduğu kimi, aksiyanın gedişində aztəminatlı ailələrə yardımlar olunacaq.

Hazırladı: Türkan Xubayarova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR