SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Dəhşətli cinayət: 5-ci həyat yoldaşını və 20 günlük körpəsini öldürdü

21-02-2018, 13:40 | Oxunub: 7 008 |

Dəhşətli cinayət: 5-ci həyat yoldaşını və 20 günlük körpəsini öldürdü

Daşkəsən rayonunda arvadını və 35 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təbvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Avropa.info teleqraf-a istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Raqif Ələkbərov həyat yoldaşı Kamilə Məmmədovanı və yenicə doğulmuş körpəsini xüsusi amansızlıqla qətlə yetirib.

Hadisə 2017-ci il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. Sərxoş vəziyyətdə arvadı ilə mübahisə edən Raqif Ələkbərov onu özünə məxsus tərzdə cəzalandırmaq qərarına gəlib.

Buna səbəb isə mütəmadi olaraq əri tərəfindən döyülən qadının ondan polisə şikayət etməsi olub. Arvadının şikayəti əsasında inzibati qaydada məsuliyyətə cəlb edilərək 500 manat cərimə olunmasını Rafiq Ələkbərov Kamilə Məmmədovaya bağışlamayıb. O qadından qisas almaq üçün onu və körpə qızını öldürmək fikrinə düşüb.

Kamilənin başına yumruqla çoxsaylı zərbələr endirən Raqif Ələkbərov dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it üçün nəzərdə tutulmuş qalın məftilə bağlayıb, bir müddət onu torpağa uzanıqlı vəziyyətdə saxlayıb.

Rafiq Ələkbərovun bununla ürəyi soyumayıb. Qadını sürüyərək evə gətirib və taxta parçasıyla döyməyə davam edib. Raqif Ələkbərov Kamilə ilə birgə onun qucağındakı 35 günlük körpəsini də döyüb.

Raqif Ələkbərov ana və balanın öldüyünə əmin olduqdan sonra isə hadisə yerini tərk edərək qaçıb. Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Raqif Ələkbərov hadisədən bir gün sonra həbs edilib.

Bu dəhşətli mənzərə Kamilə Məmmədovanın birinci nikahdan olan 5 yaşlı qızı Fatimənin gözləri önündə baş verib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşayan Raqif Ələkbərov rəsmi və qeyri-rəsmi 5 dəfə ailə qurub. Bundan öncə həbsə düşməsinə səbəb də ailə münaqişələri olub. Həyat yoldaşları tez-tez evdə dava salan Raqif Ələkbərovla bağlı polisə şikayət ediblər.

Raqif Ələkbərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Raqif Ələkbərov özünü qismən təqsirli bilib. O, deyib ki, arvadını onun sözünə qulaq asmadığı və evdən qaçdığı üçün öldürüb: “Kamilə sözümə baxmırdı. Bir deyirdim, iki cavab verirdi. Hər dəfə mübahisəmiz olanda evdən qaçırdı.

Qaçdığına görə məndə məcbur olaraq onu döyürdüm. Onu döyəndə hər dəfə içki içirdim. Sərxoş olub o dərəcəyə çatırdım ki, bunu öldürəcəm, vuracam deyirdim. Özüm-özümə danışırdım. Hamı mənə dəli kimi baxırdı”.

Qeyd edək ki, qətli törədən Raqif Ələkbərovun atası Əliş Ələkbərov illər öncə öz dogma qardaşını öldürüb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR