SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanlı atletlər Azərbaycan çempionatında uğurla çıxış ediblər

21-02-2018, 11:53 | Oxunub: 307 |

 Naxçıvanlı atletlər Azərbaycan çempionatında uğurla çıxış ediblər

Bakı şəhərində yüngül atletika üzrə keçirilən Azərbaycan çempionatında Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirmələri fərdi yarışlarda 6, kollektiv yarışlarda isə 1 dəst medal qazanıblar.

Emtv.az xəbər verir ki, iki gün davam edən çempionatın ilk günündə atletlərdən Gülayə Cəfərova 1500 metr məsafədə bütün rəqiblərini üstələyib. Digər atlet Sevgi Məmmədli həmin məsafədə qaçış üzrə bürünc medal qazanıb.

Çempionatın ikinci günündə isə Gülayə Cəfərova 3000 metr məsafədə qüvvəsini sınayıb və yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumiyyətlə, bu məsafədə qaçış üzrə ilk 3 pillədə Naxçıvan idmançıları qərarlaşıblar. Belə ki, Xatun Oruclu və Sevgi Məmmədli müvafiq olaraq ikinci və üçüncü olublar.

Oğlanların mübarizəsində isə Səfər Tağıyev 3000 metr məsafədə qaçış üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı olub. Oğlanlardan ibarət komanda 4x200 metr estafet qaçışında ölkə birinciliyinin bürünc medalını qazanıb.

Sonda qalib idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR