SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirələr keçirilib

21-02-2018, 11:50 | Oxunub: 249 |

Naxçıvanda məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirələr keçirilib

Muxtar respublikanın bütün rayonlarında olduğu kimi, Ordubad rayonunda da 7 saylı Ordubad-Culfa dairə seçki komissiyası üzvlərinin normal fəaliyyət göstərmələri, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb.

Emtv.az xəbər verir ki, bu fikirlər Ordubad-Culfa dairə seçki komissiyasında məntəqə sədrləri və katibləri üçün keçirilən seminar-müşavirədə səsləndirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti, məntəqə seçki komissiyalarının müvafiq inzibati binalarla, həmçinin tələb olunan inventar və avadanlıqlarla təmin olunması”, Ordubad rayon prokurorunun vəzifəsini icra edən Yusif Abdullayev “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri”, Ordubad Rayon Məhkəməsinin sədri Elşən Salmanov “Seçki hüququnun konstitusion əsasları. Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüququnun realizə mexanizmləri”, Ordubad Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Əli Nəbiyev “Azərbaycan Respublikası Prezidenti seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri”, 7 saylı Ordubad-Culfa dairə seçki komissiyasının sədri Həsən Həsənov “Seçkilər günü məntəqə seçki komissiyalarında səsvermənin təşkili və səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən əsas vəzifələr” mövzularında çıxış ediblər.

Qeyd olunub ki, seçki dairəsi lazımi inventarlarla, rabitə sistemi və sürətli internetlə təmin edilib. 7 saylı Ordubad-Culfa seçki dairəsi 48 məntəqəni özündə birləşdirir. Məntəqələrin 41-i Ordubad rayonunun, 7-si isə Culfa rayonunun ərazisində yerləşir. Seçki gününə 5 gün qalmış rayon ərazisində əlavə olaraq 4 seçki məntəqəsi də yaradılacaq.

Vurğulanıb ki, seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdırılıb. Ordubad rayonu üzrə seçicilərin sayı 28 min 657, Culfa rayonu ilə birlikdə seçicilərin ümumi sayı 34 min 530, ilk dəfə səs verəcək seçicilərin sayı isə 170 nəfərdir.

X X X

Kəngərli rayonunda keçirilən tədbiri 3 saylı Babək-Kəngərli-Naxçıvan dairə seçki komissiyasının sədri Zahid Ələkbərov açaraq bildirib ki, dairənin əhatə etdiyi 3 rayonun ərazisində 46 mülki seçki məntəqəsi və 3 qapalı seçki məntəqəsi fəaliyyət göstərir. Mülki seçki məntəqələrinin 21-i Babək rayonu, 18-i Kəngərli rayonu, 7-si isə Naxçıvan şəhəri ərazisində yerləşir. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin əhatə etdiyi 46 seçki məntəqəsində 41 min 858 seçici qeydə alınıb ki, bunlardan da 20 min 857-si kişi, 21001-i isə qadındır. Dairə üzrə 303 seçici ilk dəfə səs verəcək.

Rayon icra hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi üçün hazırda seçki məntəqələrinin zəruri avadanlıq və seçki günü lazım olan digər vəsaitlərlə təmin edilməsi üçün hazırlıq işləri aparılır.

Kəngərli Rayon Məhkəməsinin sədri Əhliman Xıdırov Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüququnun realizə mexanizmləri haqqında danışaraq deyib ki, seçki hüququ vətəndaşların siyasi sistemə təsirini hiss etməyə imkan verən ən əsas hüquqdur. Seçkilərin keçirilməsinin hüquqi əhəmiyyətini başlıca olaraq vətəndaşların aktiv və passiv seçki hüquqlarının həyata keçirilməsinə hüquqi təminatın verilməsi və Konstitusiya ilə müəyyən edilmiş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının formalaşması təşkil edirsə, onun siyasi əhəmiyyəti ölkədə demokratiyanın vəziyyəti, seçicilərin arzu və istəkləri, onların siyasi, iqtisadi və sosial sahələrdə olan tələblərinin müəyyən edilməsi ilə bağlıdır.

“Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri” mövzusunda çıxış edən Kəngərli rayon prokuroru, ədliyyə müşaviri Talıb Məmmədov bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşların seçki hüquqlarını pozan şəxslərə qarşı müxtəlif təsir tədbirləri, məsuliyyət növləri müəyyən edilib. Bu məsuliyyət Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.

Kəngərli Rayon Polis Şöbəsinin rəis əvəzi, polis mayoru Nəsib İsmayılov çıxışında vurğulayıb ki, seçki kampaniyası dövründə və seçkilər günü hüquq pozuntusu hallarına yol verilməməsi üçün aidiyyəti təşkilatlarla yanaşı, daxili işlər orqanları qarşısında da mühüm vəzifələr durur. Bu məqsədlə rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin, “Polis haqqında” və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunların və digər qanunvericilik aktlarının tələblərinə əsasən xüsusi tədbirlər planı hazırlanaraq icraya yönəldilir.

Emtv.az
Naxçıvanda məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirələr keçirilib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR