SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Əsəd rejimi milisləri şou göstərib gəldilər – Arxalarına baxmadan qaçdılar (Foto)

21-02-2018, 10:33 | Oxunub: 400 |

Əsəd rejimi milisləri şou göstərib gəldilər – Arxalarına baxmadan qaçdılar (Foto)

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrindəki PYD/PKK-ya qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı davam edir.

Emtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Əsəd rejiminə bağlı milislərin də Afrinə girmək üçün hərəkətə keçib.

“Anadolu” agentliyi TSQ-nin xəbərdarlıq məqsədi ilə açdığı artileriya atəşlərindən sonra Afrinə 10 kilometr qalmış milislərin geri çəkildiyi məlumatını yayıb.

Suriya dövlət televizisyasının da Əsəd rejimi tərəfdarı olan milislərin Afrinə giriş anını yayınlayıb. Suriyanın rəsmi xəbər agentliyinin milislərin girdiyi nöqtəyə Türkiyə ordusunun top atəşi açdığını bildirib.

Suriya dövlət televiziyasının da Tükiyə ordusunun milis dəstələrinin Afrinə girdikdən sonra giriş nöqtəsinə top atəşi açdığını və bəzi media nümayəndələrinin bölgədən uzaqlaşmaq məcburiyyətində qaldığını qeyd edib. Suriya televiziyasının görüntülərində silahlarla təchiz edilmiş təxminən 20 avtomobil nümayiş olunub. İngiltərənin xəbər agenti “Röyter” milislərin Afrinə Hələbin şimalındakı Nubul qəsəbəsi yaxınlığında yerləşən əz-Ziyara keçid məntəqəsindən girdiyini bildirib.

Milislərin girdiyi nöqtədə PKK terror təşkilatının başçısı Abdullah Öcalanın fotosu diqqət çəkib.

Sosial şəbəkələrdə Afrinə doğru gedən Suriya rejiminin tərəfdarı olan qrupların görüntüləri paylaşılıb. Görüntülərdə hərbi kamuflaj geyinmiş əsgərlərin onlarla avtomobil və silahlarla hərəkət etdiyi görünüb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR