SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Təcili: Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

21-02-2018, 10:26 | Oxunub: 515 |

Təcili: Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

İş adamı, prezident İlham Əliyevin qohumu İlqar Əliyevin oğlu Riyad Əliyev saxlanılıb və 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

Emtv.az xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mötəbər qaynaqlardan məlum olub. Riyad Əliyevin DYP əməkdaşları ilə mübahisə etdiyi və onların qanuni tələblərinə məhəl qoymadığı üçün saxlanıldığı bildirilir.qanunla qadağan olunmuş tünd rəngli şüşələrlə idarə edilən “Mersedes S65 AMGL” markalı avtomobili saxlayıblar.

YPX əməkdaşları sürücüdən sənədləri təqdim etməyi tələb ediblər. Lakin bu vaxt avtomobilin sərnişini düşərək DYP əməkdaşları ilə onları saxladıqları üçün mübahisə etməyə başlayıb. Polislərin bütün israrlarına baxmayaraq, həmin şəxs mübahisəni davam etdirib, DYP əməkdaşlarına müqavimət göstərib. Lakin o, saxlanılıb və şəxsiyyəti aydınlaşdırılanda Bakı şəhər sakini Riyad Əliyev olduğu müəyyən edilib.

Riyad Əliyev mərhum Aqil Əliyevin (prezident İlham Əliyevin əmisi) nəvəsidir və onun adına “Riyad” mühafizə şirkətinin olduğu məlumdur.

Məlumata görə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərən, onlara tabe olmayan R.Əliyevin barəsində toplanmış materiallar Yasamal rayon məhkəməsinə göndərilib. Bu gün fevralın 21-də məhkəmənin qərarı ilə R.Əliyev barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Bu fakt prezident İlham Əliyevin kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozanların, özbaşınalıq edənlərin məsuliyyətə cəlb edilməsinə dair DYP qarşısında qoyduğu vəzifələrin necə icra edildiyinə növbəti sübutdur. Hansı ki, bundan əvvəl yol hərəkəti qaydalarını kobud pozaraq qəzalar törədən məmur övladları, o cümlədən yüksək rütbəli şəxslərin ailə üzvləri həbs edilib, törətdikləri əməllərə görə öz cəzalarını alıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR