SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Sovetski"də ikinci söküntü başlayır

20-02-2018, 17:12 | Oxunub: 1041 |

"Sovetski"də ikinci söküntü başlayır

Bakının mərkəzində, "Sovetski" adlanan ərazidə 2 mindən çox yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınacaq.

Bu barədə Nazirlər Kabineti qərar verib.

Yasamal rayon icra hakimiyyətindən BBC Azərbaycancaya bildiriblər ki, "Sovetski" ərazisində fəaliyyət göstərən köçürmə komissiyası yaxın günlərdə fəaliyyətini bərpa edəcək.

Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri, Nəriman Nərimanov prospektində 2 mindən çox yaşayış və qeyri-yaşayış obyekti söküləcək, təsisçisi Prezidentin İşlər İdarəsi olan "Xalq qəzeti"nin yaydığı qərarda göstərilib.

Qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

Təxminən 3 il əvvəl Bakı şəhərinin Baş Planına uyğun olaraq, Yasamal rayonunun "Sovetski" adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti sökülüb.

Bir çox sakin onlara verilən kompensasiyaya görə narazılıq eləmiş və məhkəmə müstəvisində hüquqlarını müdafiə etməyə çalışmışdı.

Söküntünün birinci mərhələsində sakinlərə yaşadıqları evə 1 kvadrat metri üçün 1500 manat ödənilməsi təklif edilmişdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR