19 fev 12:45Oxunub: 377 |

İranda qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapıldı

İranda qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapıldı

Dünən İranda qəzaya uğrayan sərnişin təyyarəsinin İsfahan yaxınlığında yerləşən dağ qəsəbəsi Semiromun ətrafında tapılıb.

Emtv.az xəbər verir ki, iki motorlu ATR sərnişin təyyarəsinin daşıdığı 65 nəfərin hamısının öldüyü bildirilir. Dünən yerli vaxtla saat 08:00-da paytaxt Tehrandan Yasux kəndinə uçan təyyarə 08:50 radələrində radarlardan itmişdi. Təyyarə yoxa çıxsa da, pis hava şəraiti ucbatından dünən təyyarənin qəzaya uğradığı yerə xilasetmə vertolyotları göndərilməmişdi.

Qeyd edək ki, İran ABŞ-ın qoyduğu embarqolar üzündən 1979-cu ildən əvvəl aldığı təyyarələrdən istifadə edir və vaxtı keçmiş təyyarələrdən istifadə edir. Sərnişin donanmasının yenilənməməsi üzündən son 39 il ərzində İranda 200-dən çox təyyarə qəzası baş verib və iki mindən çox adam həyatını itirib.

Emtv.az

Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə