19 fev 12:02Oxunub: 250 |

Pakistan Səudiyyə Ərəbistanına ordu göndərir

Pakistan Səudiyyə Ərəbistanına ordu göndərir

Pakistan Səudiyyə Ərəbistanına “təlim və hərbi məsləhətçi” missiyası ilə hərbçi göndərəcək.

Emtv.az xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb. Pakistanın ehtiyatda olan ordu generalı Rahil Şərifin dediyinə görə, Səudiyyə Ərəbistanı rəhbərliyindəki İslami-hərbi birləşməsi terrorla mübarizə aparacaq. Lakin göndərilən hərbçilərin bu hərbi birləşmədə iştirak edib-etməyəcəyi məlum deyil.

Səudiyyə Ərəbistanı Yəməndə İranın təsirini azaltmaq üçün gəmi, təyyarə və hərbi qulluqçular tələb etmişdi. Lakin Pakistan parlamenti İran və Səudiyyə Ərəbistanı qarşıdurmasında bitərəf qalmağa səs vermişdi.

“Səudiyyə Ərəbistanına hərbçi göndərilməsi vaxtaşırı müzakirə olunurdu. İndi isə səbəbi nə olur-olsun bu qərar açıq şəkildə verilib” – Pakistanın ehtiyatda olan briqada generalı Şövkət Qadir belə deyib.

Səudiyyə Ərəbistanın müqəddəs yerləri qorumaq üçün hərbi birləşmələri var, amma bunlar döyüşçü deyillər.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə