SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qəbul imtahanlarında hansı dəyişiklik oldu? - "1 qrupa deyil..."

15-02-2018, 15:28 | Oxunub: 10 349 |

Qəbul imtahanlarında hansı dəyişiklik oldu? - "1 qrupa deyil..."

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişiklik edib.

Emtv.az xəbər verir ki, bu barədə təhsil eksperti yerli mətbuata açıqlamasında dəyişikliklərdəki bəzi məqamlara aydınlıq bildirib.

O qeyd edib ki, təqdim edilən dəyişiklik keçən ildən qüvvədədir və həyata keçirilir: "Lakin Nazirlər Kabineti bu dəyişikliyin rəsmi şəkildə adlandırma məsələsini həll edib. Əsasən yenilik üç qrupa bölünür.

Birincisi, konkret olaraq qəbul imtahanları yaz və yay imtahan sessiyası adlandırılıb.

İkincisi, abituriyentlərə təkcə bir ixtisas qrupu üzrə deyil, başqa qrup üzrə də imatahanda iştirak etmək hüququ verilir. Məsələn, abituriyent yaz imtahanında II qrup üzrə imtahan vermişdisə, yay sessiyasında isə III və ya başqa ixtisas qrupu üzrə imtahan verə bilər. Ancaq əvvəllər abituriyent yalnız bir qrup üzrə imtahanlarda iştirak edə bilərdi. Yəni, əgər yaz sessiyasında IV qrupun imtahanında iştirak etmişdisə yay sessiyasında da həmin qrupun imtahanında iştirak etməli idi.

Üçüncüsü isə V ixtisas qrupunu seçən abituriyentlər imtahan verəndən sonra qabiliyyət tələb edən ixtisaslar seçə biləcəklər. Öncələr isə ixtisas seçib sonra imtahan verilirdi".

Kamran Əsədovun sözlərinə görə bu addım abituriyentlər üçün faydalı olacaq:

"Ali məktəblərə qəbul imatahanlarında iştirak edənlərin sayı son yeddi il ərzində azalaraq 110 mindən 80 minə düşüb. Buna baxmayaraq, qəbul plan yeri 2010-2017-ci illər ərzində 26 mindən 37 minə qədər artmışdır. Bunun nəticəsi idi ki, bəzən ali məktəblərə qəbul imtahanlarından sonra plan yerləri boş qalırdı. Keçid balını toplayan abituriyentlərin sayı az idi. Təsdiq edilmiş yenilik odur ki, kimsə I qrupdan riyaziyyatı yaxşı bilir, ingilis və Azərbaycan dillərini orta bilirsə, həmin abituriyent II ixtisas qrupu üzrə imtahan verib keçid balını toplaya bilər.Yəni kimsə öz ixtisas qrupunda bu və ya digər fənləri yaxşı bilib, amma keçid balını toplaya bilmirsə həmin fənlər digər qruplarda o qədər də çətin olmadığına görə, abituriyent həmin qruplarda yaxşı bildiyi ixtisaslardan yüksək bal toplamaqla keçid balına çata bilər. Beləliklə, bu ali məktəblərə qəbul imtahanlarında keçid balının artmasına, plan yerlərinin boş qalmasının sayını azalmasına gətirib çıxardacaq. Bundan başqa abituriyentlərə əlavə ixtisas seçməkləri üçün şans veriləcəkdir. Ancaq bu kütləvi olmayacaq.

Nəzərə alsaq ki, abituriyentlər bir ixtisas qrupu üzrə uzun müddət çalışır. Sözügedən abituriyentlər birdən-birə ixtisas qruplarını dəyişməyəcəklər. İxtisas qrupu dəyişimi daha çox III qrupdan II qrupa, I qrupdan II qrupa və yaxud da ki, I qrupdan IV qrupa olacağı gözlənilir. Yəni müəyyən fənlər var ki, onlar bütün ixtisas qrupları üçün keçərlidir".

Qeyd edək ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR