SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Təbriz universitetində “ana dili aksiyası”...

14-02-2018, 13:54 | Oxunub: 7 480 |

Təbriz universitetində “ana dili aksiyası”...

Təbrizdə Şəhid Mədəni Azərbaycan Universitetinin tələbələri “ana dilində təhsil tələbi ilə etiraz aksiyası keçirib”, iranlı fəal deyir.

Emtv.az məlumatına görə, Kanadada yaşayan İran azərbaycanlısı, hüquq müdafiəçisi Vahid Qarabağlı BBC Azərbaycancaya deyib ki, həftənin çərşənbə axşamı universitetin foyesinə toplaşan tələbələr məktəblərdə ana dilində tədris olmasını tələb ediblər.

“Bu tələb İran Azərbaycanında İslam inqilabından sonra aktuallaşıb. İranda yaşayan azərbaycanlılar öz ana dillərində təhsil almaq istəyirlər”, o əlavə edib.

Vahid Qarabağlı deyir ki, indiki İran prezidenti Həsən Ruhaninin vədləri arasında İranda yaşayan etnik xalqların öz dilində təhsil ala biləcəklərini və onların mədəniyyətlərinin qoruyub inkişaf etməsinə diqqət ayrılacağı da vardı:

“Ona görə də aksiyada şüarlardan biri də bu idi ki, “Ruhani, Ruhani, vədlərin hanı?”

Şəhid Mədəni Azərbaycan Universitetindən adının çəkilməsini istəməyən tələbə deyir ki, hər zaman dinc aksiyalar keçirib onları narahat edən məsələlərə münasibət bildirə bilərlər. Tələbə qeyd edir ki, Azərbaycan dili və ədəbiyyatı fənni yalnız Təbirzdə bir universitetdə öyrədilir, Marağa, Binab, Urmu universitetlərdə isə seçmə fənn kimi təklif olunur:

“Orta məktəblərdə tədris ana dilində deyil. Biz bunu tələb edirik, universitetlərdə Azərbaycan dili tədrisinin artırılmasını istəyirik”.
Təbrizli tələbələr deyirlər ki, “ana dilində tədris haqqını əldə etməyənədək” onlar dinc mübarizələrinə davam edəcəklər.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR