13 fev 13:46Oxunub: 359 |

Türk ordusu bir zərbəylə terrorçuların külünü göyə sovurdu (Video)

Türk ordusu bir zərbəylə terrorçuların külünü göyə sovurdu (Video)

TSQ-nın Suriyanın Afrin vilayətində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində PUA-lar YPG/PKK terror təşkilatı üzvlərinin gizləndiyi ərazilərdən Türkiyə ordusuna hücumlarını görüntüləyib.

Emtv.az xəbər verir ki, Türkiyənin Hatay, Reyhanlı və Kilis şəhərlərində 7 mülki şəxsin ölümünə və 113 nəfərin yaralanmasına səbəb olan terrorçular PUA-lar tərəfindən qeydə alınıb.

PUA-nın çəkdiyi videoda Afrinin qərbində yerləşən Cinderes şəhərinin məhəlləsində üstündə top olan xüsusi avtomobil və onun ətrafında dayanmış mülki geyimli üç terrorçu görünür. Bu məqamda zenit qurğusu ilə silahlanmış avtomobil terrorçuların yanına yaxınlaşıb bir müddət gözlədikdən sonra buradan uzaqlaşır.

Terrorçular top olan avtomobili Türkiyə ərazilərini hədəfə alacaq şəkildə tuşladıqdan sonra atəş açırlar. Hədəfə atəş açdıqdan sonra olduqları ərazidən sürətlə uzaqlaşırlar.

PUA tərəfindən izlənən terrorçular qısa müddətə sonra YPG/PKK-ya məxsus qərargaha çatırlar. Terror təşkilatının qərargahında başqa terrorçuların da olduğu görünür.

Görüntülərdə diqqət çəkən digər məqam terrorçuların PUA-ların qərargahın görüntüsünü çəkməməsi və baxış bucağını bağlaması üçün rezin şin yandırmalarıdır.

PUA-ların izlədiyi və qeydə aldığı terror qərargahı TSQ tərəfindən açılan dəqiq atəşlə havaya uçurulur.

Xatırladaq ki, 21 yanvarda “Zeytun budağı” əməliyyatı başlayandan bu yana YPG/PKK terror təşkilatı raket və minaatanlardan 98 dəfə atış açıb. Bu hücumlarda 2 nəfər suriyalı olmaqla 7 mülki şəxs həyatının itirib, 113 nəfər yaralanıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
“Azərbaycanın Səsi” İB-də növbəti tədbir keçirildi - Cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbə qazanacağı heç kimdə şübhə yarada biməz- ölkəmizi uğurla inkişaf etdirə biləcək yeganə siyasi lider məhz cənab İlham Əliyevdir - FÖTOLAR
“Azərbaycanın Səsi” İB-də növbəti tədbir keçirildi - Cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbə qazanacağı heç kimdə şübhə yarada biməz- ölkəmizi uğurla inkişaf etdirə biləcək yeganə siyasi lider məhz cənab İlham Əliyevdir - FÖTOLAR
Oxunub: 1354
XƏBƏR LENTİ

Reklam
Məzənnə