SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Münasibətlər ya düzələcək, ya da tamamilə pozulacaq” – Çavuşoğludan ABŞ açıqlaması

12-02-2018, 13:12 | Oxunub: 8 036 |

“Münasibətlər ya düzələcək, ya da tamamilə pozulacaq” – Çavuşoğludan ABŞ açıqlaması

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Reks Tillersonun Türkiyəyə gözlənilən səfəri ilə bağlı çıxış edib.

Emtv.az xəbər verir ki, Çavuşoğlu səfər haqda “Münasibətlər ya düzələcək, ya da tamamilə pozulacaq” şərh verib.

“ABŞ-dan gözləntilərimiz açıq və qətidir. Artıq biz vəd istəmirik, qəti addımlar istəyirik. Müəyyən məsələləri müzakirə etməyimiz üçün itirilmiş etibarın bərpa olunması lazımdır. Türkiyə heç bir dostuna qarşı səhvə yol verməz. Amma ABŞ-dan çox ciddi səhvlər gördük.

FETÖ məsələsində, YPG məsələsində və başqa məsələlərdə səhvlər gördük. ABŞ bizə verdiyi sözləri tutmayıb. Xalqımızın da biz idarəçilərə qarşı etibarını itirməsi təbiidir. Artıq söz və vəd deyil, real addımlar istəyirik. Tillersondan bunu istəyəcəyik.

Münasibətlərimiz çox kritik nöqtədədir. Ya münasibətləri düzəldəcəyik, ya da bu münasibətlər tamamilə pozulacaq” – Çavuşoğlu belə deyib.

Türk nazir ABŞ-ın İŞİD-çilərə toxunmadığını qeyd edib:

“Xüsusilə səhralıq bölgələrdə, İraq sərhədi yaxınlığında İŞİD-çilər var. YPG ilə əməkdaşlığı davam etdirmək üçün bəhanə olaraq bu ərazilərdəki İŞİD-çilərə toxunmurlar. Afrindəki YPG üzvü terrorçular həbsdə olan İŞİD-çiləri azad etdilər və Türkiyə ilə ASO-ya qarşı birlikdə mübarizə aparırlar. Həm qurudan, həm havadan təmizləyirik. Əgər ABŞ üzərinə düşəni yerinə yetirməzsə, əməliyyat Mənbic və Fəratın şərqi üçün də aktualdır. Suriya torpaqlarını bu terrorçulardan təmizləyəcəyik. Afrini də Suriya xalqına verəcəyik”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR