17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Erməni generalı etiraf etdi: “Orduda...”
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində düşmənin qeyri-qanuni hərbi birləşmələrində insidentlərin sayı kəskin artıb. Vəziyyət o həddə çatıb ki, qondarma qurumun “müdafiə naziri”, general-leytenant Levon Mnaçakanyan news.am-a müsahibəsində bunu etiraf etmək məcburiyyətində qalıb.
Emtv.az xəbər verir ki, Mnaçakanyan nizamnaməyə uyğun olmayan insidentlərin sayında artımın qeydə alındığını, bunun narahatlıq doğurduğunu deyib.
Erməni general ciddi-cəhdlə qeyri-döyüş şəraitində ölüm hallarının azaldığını söyləməklə real faktları gizlətməyə çalışıb. Ötən il Ermənistan ordusunda qeydə alınan ölüm faktları seperatçı generalının dediklərini tamamilə təkzib edir. Hələ 2017-ci ilin yanvar ayından 27 noyabr tarixinədək Ermənistan ordusunda 59-dan çox ölüm hadisəsi qeydə alınıb. Noyabrdan sonra da düşmən ordusunda ölüm hallarına bir neçə dəfə rast gəlinib.
“Təbii ki, istənilən rəqəm narahatlıq doğurur, nizamnaməyə uyğun olmayan insidentlərə gəldikdə isə bu istiqamətdə maarifləndirici iş aparılır”, – Mnaçakanyan deyib.
Mnaçakanyan müsahibəsində Aprel döyüşlərini hələ də unutmadıqlarını gizlətməyib. Bildirib ki, erməni ordusu aprel məğlubiyyətindən dərs çıxarmağa çalışır.
“Təbii ki, hər bir insidentdən sonra diqqətlə analiz aparılır. Bu, 2016-cı ilin aprelindən sonra da baş verdi. Bütün hadisələr və hərəkətlər diqqətlə öyrənildi, analiz edildi, nəticələr çıxarıldı və onların nəticələrinə əsasən işlər aparılır. Lakin biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik”.(azvision.az)
Emtv.az