SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda ikimərtəbəli binaları söküllər – Fotolar

12-02-2018, 09:57 | Oxunub: 6 958 |

Bakıda ikimərtəbəli binaları söküllər – Fotolar

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köhnə ikimərtəbəli binalar sökülür.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Sovet dövründə tikilən köhnə ikimərtəbəli binaların sökülməsi hökumətin pilot layihəsinə əsasən həyata keçirilir. Sabunçu Rayon İcra Hakimiyyətinin nəzarəti ilə həyata keçirilən layihəyə əsasən binalar artıq boşaldılıb. Bəzilərinin söküntüsünə isə start verilib. Məlumata görə, sökülən ikimərtəbəli binanın yerində “Bakıxanov Residence”in növbəti onmərtəbəli binası inşa olunacaq.

Sökülən binaların sakinləri aparılan işlərlə əlaqədar artıq müvafiq yerlərə yerləşdirilib. Sakinlərin verdiyi məlumata görə, tikinti şirkəti tərəfindən onlara olduqca sərfəli təklif gəlib. Belə ki, müvəqqəti olaraq sakinlər kirayə evlərə yerləşdirilib. Kirayə haqları isə şirkət tərəfindən ödənilir. Kirayə qalmağa razı olmayan sakinlərə yaxınlıqda yerləşən eyni şirkətin inşa etdiyi hündürmərtəbəli binada mənzillər təklif edilib. Bununla razı olmayanlar isə ödənilən kompensasiya ilə istədikləri yerdə özlərinə mənzil ala bilərlər.

Edilən təkliflərdən biri də sakinlərin sökülməkdə olan mənzillərinin yerində tikiləcək binada eyni kvadrata uyğun mənzillə təmin edilmələridir.

Sakinlərə ödənilən kompensasiyanın məbləği barədə məlumat olmasa da, prosesin olduqca sakit və problemsiz getməsi göstərir ki, yüksək məbləğ ödənilib.

Xatırladaq ki, bir neçə il öncə Sabunçu Rayon İcra Hakimiyyəti hazırda sökülməkdə olan binaları abadlaşdırmış, təmir etdirmiş, fasadları və balkonları yeniləmişdi. Binaların qarşısında yaşıllıqlar salınmışdı.

Ancaq tikililərin həddən artıq köhnəliyi səbəbindən təmir işləri onları qorumağa şans vermədi.

Emtv.az
Bakıda ikimərtəbəli binaları söküllər – Fotolar

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR