09 fev 13:05Oxunub: 474 |

“Sədərək” Ticarət Mərkəzinə giriş 6 dəfə bahalaşdı

“Sədərək” Ticarət Mərkəzinə giriş 6 dəfə bahalaşdı

“Sədərək” Ticarət Mərkəzində çalışan taksilərin bazara girişi bu gündən etibarən 3 manata qaldırılıb.

Emtm.az xəbər verir ki, bu barədə axar.az-a “Sədərək” TM-də taksi xidməti göstərənlər məlumat veriblər. Taksi sürücülərinin sözlərinə görə, artıq bazara giriş edən bütün taksilərdən 3 manat yığmağa başlanıb. Tələb edilən pulu ödəməyənlərin isə bazara girişinə icazə verilmir.

Sürücülər bildirib ki, onlardan pulu tələb edənlər ticarət mərkəzinin mühafizəçiləridir:
“Yanlarında mülki geyimdə bir şəxs də var. Göstərişi o verir. Mühafizəçilər isə pulu tələb edir. Səhər açılandan 3 nəfər şəxs sürücülərdən pul yığır”.


Taksi sürücülərinin sözlərin görə, qiymət artımına etiraz edən bütün sürücülər ticarət mərkəzinin qarşısına yığılıb. Pulu ödəməkdən imtina edən sürücülərə hədə-qorxu gəlir, bəzilərinin avtomobilindən “taksi” işarəsini zorla alırlar.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 949
XƏBƏR LENTİ

Reklam
Məzənnə