08 fev 12:39Oxunub: 394 |

Prezident: “2018-ci il sürətli inkişaf ili olacaq”

Prezident: “2018-ci il sürətli inkişaf ili olacaq”

“Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır”.

Emtv.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı deyib.

Ölkə başçısı Azərbaycanın dünyada multikultural ideyaların təbliğində əsas məkan kimi tanındığını bildirib.

Xarici siyasətlə bağlı yürüdülən siyasətin özünü doğrultduğunu, Azərbaycanın dostlarının sayının çoxaldığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, müsəlman aləmində çox böyük dəstək qazanıb, Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb.

Prezident gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının qeyri-neft sektoru ilə bağlı olduğunu vurğulayıb, 2018-ci ilin sürətli inkişaf ili olacağına əminliyini ifadə edib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
...O, MƏNİM ATAM İDİ
...O, MƏNİM ATAM İDİ
Oxunub: 5436
XƏBƏR LENTİ

Reklam
Məzənnə