05 fev 11:03Oxunub: 490 |

Nazirlik aptek sahiblərinin fırıldağını ifşa etdi

Nazirlik aptek sahiblərinin fırıldağını ifşa etdi

Bəzən topdansatış əczaçılıq müəssisələri lisenziya almaq üçün müvafiq şəraitli anbarı müvəqqəti icarəyə götürürlər, lakin lisenziya aldıqdan sonra dərman vasitələrini qeyri-adekvat şəraitdə (günün altında, rütubətli yerdə, soyuducuda saxlanılmalı malları açıq havada və s.), başqa yerdə saxlayırlar.

Emtv.az xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, dərman vasitəsinin istehsalından istehlakına qədər keçən müddətdə hansı şəraitdə və harada saxlanılmasının onun keyfiyyətinin qorunması baxımından böyük əhəmiyyəti var:

“Təcrübədə rast gəlinir ki, bəzi hallarda dərman vasitələri istifadə təlimatlarında qeyd olunan şəraitdə saxlanılmır. Nəticədə düzgün şəraitdə saxlanılmama dərman vasitəsinin keyfiyyətinə mənfi təsir göstərə bilir”.

Mərkəzdən qeyd edilib ki, yeni təsdiqlənən “Dərman vasitələrinin topdansatışına dair tələblər” (Etibarlı Distribüter Təcrübəsi) dərman vasitələrinin daşınması, dərman vasitələrinin anbarlarda saxlanılması, topdansatış müəssisəsində dərman vasitəsinin keyfiyyətinin təmin edilməsi məsələləri, dərman vasitələrinin geri çağırılması zamanı görülən tədbirlər və heyətə dair tələblər əks olunub.

Bu tələblərin qüvvəyə minməsi dərmanların topdansatış müəssisələrinə dair tələbləri müəyyən edərək, dərmanların dövriyyəsinin təhlükəsiz olmasını da təmin edəcək.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 951
XƏBƏR LENTİ

Reklam
Məzənnə